DÜNYA


Dubayda məktəb avtobuslarında yeni texnologiyalar tətbiq olunacaq

Bakı, 22 yanvar, AZƏRTAC 

Dubay polisi şagirdlərin təhlükəsizliyini daha etibarlı təmin etmək məqsədilə məktəb avtobuslarında yeni texnologiyalar tətbiq edilməsini təklif edib.

AZƏRTAC Emirates informasiya agentliyinə istinadla xəbər verir ki, məktəb avtobuslarında şagirdlərin kimliyini müəyyən edəcək üztanıyan kameralar, məktəblilərin nəqliyyat vasitəsinə giriş-çıxışı barədə sürücünü xəbərdar edəcək siqnalizasiya sistemi quraşdırılacaq.

Dubay polisinin departament rəhbəri Arif Əli Məhəmməd jurnalistlərə bildirib ki, sürücü panelində avtobusa minən və düşən şagirdlərin sayını göstərəcək monitor da qoyulacaq. Onun sözlərinə görə, məktəblilərə qarşı törədilən cinayətlərin qarşısının alınmasında süni intellekt texnologiyasından da istifadə edilməsi nəzərdə tutulur. Polis rəisi xatırladıb ki, ötən il məktəb avtobusunda unudulan azyaşlı məktəbli doqquz saatdan sonra vəfat edib. “Sürücülər üçün yeni texnologiyalardan istifadə edilməsi ilə bağlı təlimlər təşkil ediləcək. Məktəb nəzarətçiləri və sürücülər şagirdlərin təhlükəsizliyinə cavabdehlik daşıyırlar. Ötənilki bədbəxt hadisə də nəzarətçi və sürücünün avtobusun salonunda qalmış uşağı unutmaları nəticəsində baş vermişdi”, -deyə o qeyd edib.

Yeni layihə Dubayın Yol-Nəqliyyat Departamenti, Birləşmiş Ərəb Əmirliklərinin Nəqliyyat Nazirliyi, məktəblərin birgə iştirakı ilə həyata keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.