QAN YADDAŞI


Dubaydakı baş konsulumuzun Xocalı soyqırımı ilə əlaqədar ərəb mətbuatında bəyanatı yayılıb

Qahirə, 26 fevral, AZƏRTAC

Azərbaycanın Dubaydakı baş konsulu Cavidan Hüseynovun Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar ərəb mətbuatında bəyanatı yayılıb.

AZƏRTAC xəbər verir ki, “Mebusiness”, “Masaaraby” və “Misrnn” informasiya portallarında yayılan bəyanatda XX əsrin ən dəhşətli cinayətlərindən biri olan Xocalı qırğını, Ermənistanın Azərbaycan xalqına qarşı yürütdüyü etnik təmizləmə siyasəti haqqında ətraflı məlumat verilib. Diplomatımız qeyd edib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başlanan “Xocalıya ədalət!” kampaniyası bütün dünyada bu faciənin və erməni vəhşiliyinin təbliğində mühüm rol oynayır.

Bəyanatda vurğulanıb ki, Pakistan, Meksika, Bosniya və Herseqovina, Çexiya, İordaniya, Əfqanıstan və digər ölkələrin parlamentləri Xocalı soyqırımını müzakirə edib və onu törədənləri qətiyyətlə pisləyən müvafiq sənədlər qəbul olunub. İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurası da Xocalı faciəsini soyqırımı kimi tanıyıb. Bundan başqa, Avropa İnsan Haqları Məhkəməsi Xocalı qırğınını xüsusilə təhlükəli müharibə cinayəti kimi qiymətləndirib.

Sonda diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Ordumuz 44 günlük Vətən müharibəsi zamanı torpaqlarımızı işğaldan aza edib. “Xalqımız Xocalı şəhidlərinin ruhunu kədərlə anır və beynəlxalq ictimaiyyətdən ikili standartlara yol vermədən cinayətkarların cəzalandırılmasını tələb edir”, -deyə bəyanatda vurğulanıb.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.