DÜNYA


Dubaydakı bayraq mozaikası “Ginnesin Rekordlar Kitabı”na düşüb

Qahirə, 29 aprel, AZƏRTAC

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Müstəqillik Günü ilə əlaqədar Dubayın mərkəzindəki Polis Akademiyasının qarşısında yerləşən parkda quraşdırılmış dövlət bayrağının təsviri olan 498,33 kvadratmetrlik mozaika “Ginnesin Rekordlar Kitabı”na düşüb.

AZƏRTAC xəbər verir ki, mozaikanın sponsoru qismində BƏƏ-nin Milli Ərzaq Məhsulları Şirkəti, habelə Əmirliyin Qırmızı Aypara Cəmiyyəti və Dubay hökuməti çıxış ediblər.

Mozaika ilə yanaşı, sponsorlar COVID-19 pandemiyası nəticəsində sosial çətinliklər yaşayan aztəminatlı ailələrə yardım kampaniyası çərçivəsində 490 min ərzaq paketi paylayıblar.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.