DÜNYA


Dünya Ərzaq Proqramı: Qərbi və Mərkəzi Afrikada 31 milyon insan aclıq çəkir

Qahirə, 17 aprel, AZƏRTAC

BMT-nin Dünya Ərzaq Proqramı (WFP) bəyan edib ki, Qərbi və Mərkəzi Afrikada COVID-19 pandemiyası və silahlı münaqişələr səbəbindən ərzaq ehtiyatları tükənib və 31 milyon insan aclıq çəkir.

AZƏRTAC xəbər verir ki, təşkilat iyul-avqust aylarında vəziyyətin daha fəlakətli həddə çatacağı barədə xəbərdarlıq edib. WFP-nin sözçüsü Tomas Firinin sözlərinə görə, bu, 2014-cü ildəki humanitar fəlakətdən də ağır ola bilər. O, Afrika ölkələrinin hökumətlərinə və tərəfdaşlara təcili tədbir görülməsi ilə bağlı çağırış edib.

WFP bu il Afrikanın qərb və mərkəzi hissəsindəki ölkələrdə aclıq çəkən 18 milyon insana yardım etməyi nəzərdə tuturdu. Lakin vəziyyət kəskin şəkildə dəyişib və həmin rəqəm 31 milyona çatıb. Təşkilatın sözçüsü bildirib ki, bu sayda insana ərzaq yardımı göstərilməsi onların imkanı xaricindədir və qarşıdakı 6 ayda regionun 19 ölkəsinə kömək etmək üçün əlavə 770 milyon dollar vəsait tələb olunur. Təkcə Mərkəzi Sahil regionunun 3 ölkəsində - Burkina Faso, Mali və Nigerdə aclıq çəkənlərin sayı 6,5 milyon nəfərdir. Kəskin aclıqla qarşılaşanların 10 milyon nəfəri azyaşlılardır. Bundan başqa, Afrikada quraqlıq səbəbindən ərzağın qiymətləri də sürətlə artır.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.