Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilmişdir
AzerTAg.az
Bakı, 26 dekabr (AZƏRTAC). 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Beynəlxalq Diaspor Mərkəzi (BDM) bayram tədbiri təşkil etmişdir.
BDM-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə qurumun idarə heyətinin və Məşvərət Şurasının üzvləri, ziyalılar və diasporun fəalları iştirak etmişlər.
Mərkəzin sədri İsmayıl Ağayev dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmlənməsində diaspor təşkilatlarının fəallığının vacibliyini vurğulayaraq bu istiqamətdə BDM-in ardıcıl işlər həyata keçirdiyini qeyd etmişdir.
Sonra akademik Vəli Əliyev, filologiya elmləri doktoru Vaqif Arzumanlı və digərləri Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün yaranma tarixindən, bu günün bayram kimi qeyd olunmasında ulu öndər Heydər Əliyevin xidmətlərindən danışmışlar.
Tədbir konsert proqramı ilə başa çatmışdır.
Xəbərin mətnində orfoqrafik səhv var