İDMAN


Dünya Olimpiya təsnifat turnirində iştirak edəcək sərbəst güləşçilərimiz müəyyənləşib

Bakı, 3 may, AZƏRTAC

Mayın 6-dan 9-dək Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.

AZƏRTAC Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, yarışda ölkəmizi təmsil edəcək sərbəst güləş üzrə millimiz mayın 3-də Bolqarıstana yollanıb.

Sonuncu lisenziya turnirində baş məşqçi Namiq Abdullayev və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında Georgi Edişeraşvili (57 kq), Abubakr Abakarov (86 kq) və Vahid Qalayev (125 kq) çıxış edəcəklər. Yarışın proqramına əsasən, sərbəst güləşçilər mayın 6-7-də Olimpiya Oyunlarına vəsiqə uğrunda mübarizə aparacaqlar.

Güləşin bu növündə 65, 74 və 97 kiloqram çəki dərəcələrində Olimpiadaya vəsiqə təmin edilib. Şərif Şərifov (97 kq) sonuncu dünya çempionatında, Hacı Əliyev (65 kq) və Hacımurad Hacıyev (74 kq) isə Avropa Olimpiya təsnifat turnirində bu vəzifənin öhdəsindən gəliblər.

Qeyd edək ki, Dünya Olimpiya Təsnifat turnirində olimpiya kateqoriyalı hakim Asif Şirəliyev ədaləti qoruyacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.