Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Dünya Səhiyyə Təşkilatının baş direktoru Ədliyyə Nazirliyinin Beynəlxalq Təlim Mərkəzi ilə tanış olub

Dünya Səhiyyə Təşkilatının baş direktoru Ədliyyə Nazirliyinin Beynəlxalq Təlim Mərkəzi ilə tanış olub

Bakı, 9 iyul, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq məhkumların və təqsirləndirilən şəxslərin tibbi və dərman təminatı yaxşılaşdırılır. Bu sahədə beynəlxalq təşkilatlarla vərəmə qarşı effektiv mübarizə aparılaraq, müsbət nəticələrə nail olunub. Penitensiar sistemdə vərəmlə mübarizədə ölkəmizin nailiyyətlərinə beynəlxalq maraq artaraq bir çox dövlətlər müsbət təcrübəmizdən bəhrələnirlər.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu məqsədlə ölkəmizin praktiki olaraq cəzaçəkmə müəssisələrində bu spesifik təcrübəsini yaymaq üçün dünyada ilk dəfə 2012-ci ildə Ədliyyə Nazirliyi İxtisaslaşdırılmış müalicə müəssisəsinin nəzdində Vərəm üzrə Təlim Mərkəzi yaradılıb. 2014-cü ildə Dünya Səhiyyə Təşkilatı (DST) Avropa üzrə Regional Bürosu tərəfindən ona "Həbsxanalarda vərəmə nəzarət və profilaktika üzrə DST ilə Əməkdaşlıq Mərkəzi" beynəlxalq statusu verilib. Mərkəzin vərəmlə mübarizədə Azərbaycanın təcrübəsinin digər dövlətlərə yayılmasında və öyrənilməsində səmərəli fəaliyyəti nəzərə alınaraq cari ildə bu status növbəti dörd il müddətinə uzadılıb.

Ölkəmizdə səfərdə olmuş Dünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus və onu müşayiət edən şəxslər Beynəlxalq Təlim Mərkəzinə maraq göstərərək səfər ediblər. Qonaqlar mərkəzin fəaliyyəti, müasir şəraiti, tədris otaqları, həmçinin videokonfrans vasitəsilə distant treninqin təşkili ilə tanış olublar.

Tədbirdə ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Ceyhun Həsənov, Tibb baş idarəsinin rəisi Rəfail Mehdiyev və nazirliyin digər aidiyyəti məsul şəxsləri iştirak ediblər.

Tanışlıq zamanı ölkəmizin penitensiar müəssisələrində tibbi təminatın müasirləşdirilməsi, vərəmlə mübarizə sahəsində həyata keçirilən tədbirlər və bu sahədə beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığa dair təqdimat keçirilib.

Tibb baş idarəsinin rəisi R.Mehdiyev məlumat verib ki, Azərbaycanda dövlətimizin güclü siyasi iradəsinə uyğun olaraq ümumbəşəri sosial bəla olan vərəmlə mübarizə daim diqqətdə saxlanılır, bu sahədə DST-nin tövsiyələrinə uyğun strategiyalar hazırlanıb, xüsusi qanun qəbul edilib. Beynəlxalq təşkilatlarla əlaqəli surətdə müvafiq proqramlar və layihələr həyata keçirilib, o cümlədən penitensiar müəssisələrdə bu xəstəliyə qarşı mübarizəyə xüsusi önəm verilib.

Bu məqsədlə məhkumlara yüksək ixtisaslı tibbi yardımın göstərilməsi sahəsində Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ilə səmərəli əməkdaşlıqda tibb xidməti, məhkumların dərman təminatı əsaslı şəkildə yaxşılaşdırılıb, penitensiar müəssisələr müasir tibb avadanlığı ilə təchiz olunub.

Vərəmli məhkumlar üçün innovativ laborator və diaqnostik avadanlıqla təchiz edilmiş ayrıca müalicə müəssisəsinin açılması bu xəstəliklə mübarizədə böyük əhəmiyyət kəsb edib.

Bu sahədə DST və BQXK ilə birgə fəaliyyət çox müsbət nəticələr verib, vərəmin dəqiq diaqnozunu ən qısa vaxtda müəyyən etməyə imkan verən yeni ekspress-test dünyada ilk dəfə penitensiar müəssisələrdə məhz Azərbaycanda tətbiq olunub.

Həyata keçirilən kompleks tədbirlər hesabına, cəzaçəkmə müəssisələrində vərəmin müalicəsi üzrə göstəricilər DST-nin müəyyən etdiyi hədəfləri aşaraq dərmanlara həssas vərəmin müalicəsi üzrə 92 faiz, müalicəyə çətin tabe olan dərmana davamlı vərəmin müalicəsi üzrə isə 78 faiz nəticələrə nail olunub ki, bu da dünyada ən yüksək göstəricilərdəndir. Bunun nəticəsi olaraq, son beş ildə cəzaçəkmə müəssisələrində vərəmə yoluxma halları 2 dəfə, vərəmdən ölüm isə 1995-ci illə müqayisədə 105 dəfə azalıb.

Həmçinin bildirilib ki, Azərbaycanın bu sahədə nailiyyətləri Dünya Səhiyyə Təşkilatı, Qlobal Fond, BQXK, Vərəmi Dayandırmaq üzrə Tərəfdaşlıq və digər beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir, ölkəmizin müsbət təcrübəsi örnək kimi dəyərləndirilərək digər dövlətlərə tövsiyə edilir. Habelə BMT-nin İqtisadi və Sosial Şurasında məşvərətçi statusuna malik olan ABŞ-ın İslah Müəssisələri və Həbsxanalar Beynəlxalq Assosiasiyası tərəfindən Səhiyyə Mükafatına layiq bilinib.

Ötən dövrdə Beynəlxalq Təlim Mərkəzində Qərbi Avropa, Asiya, Afrika, Mərkəzi Amerika və MDB dövlətlərinin Ədliyyə, Səhiyyə və Daxili İşlər nazirliklərini, penitensiar müəssisələrin tibb xidmətlərini, qeyri-hökumət və beynəlxalq təşkilatları təmsil edən nümayəndə heyətləri üçün 8 beynəlxalq treninq keçirilib, Azərbaycan təcrübəsini öyrənmək üçün Avropa Şurası, DST və BQXK-nin xətti ilə 18 tanışlıq səfəri təşkil olunub. Ümumilikdə isə son illər 20 dövlətdən 200-dən çox nümayəndə Bakıda səfərdə olub və müsbət təcrübəmizdən bəhrələniblər. Artıq bəzi ölkələrdə bizim təcrübəyə uyğun modellərin tətbiqinə başlanılıb.

Ətraflı məlumata görə minnətdarlığını bildirən DST-nin baş direktoru T.A.Qebreyesus respublikamızın vərəmlə mübarizədə qazandığı yüksək nailiyyətlərdən heyranlığını ifadə edib, bu münasibətlə Azərbaycan tərəfini təbrik edərək bu müsbət nəticələrə nail olunmasında dövlətimizin güclü siyasi iradəsini vurğulayıb.

Qonaq, həmçinin ölkəmizin bu sahədə beynəlxalq təşkilatlarla, o cümlədən DST ilə səmərəli əməkdaşlığını təqdir edib, vərəmlə mübarizədə Azərbaycanın tətbiq etdiyi standartların ən yaxşı təcrübə təşkil etdiyini, bunun üçün respublikamızın müsbət təcrübəsinin dünyada daha geniş yayılmasının önəmini vurğulayıb. O, gələcəkdə təlim mərkəzinə hərtərəfli kömək göstərəcəyini və əlaqələrimizin genişləndirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.

DST-nin baş direktoru Mərkəzlə tanışlıqdan xoş təəssüratla ayrılıb.

Tədbirdə Azərbaycanın Cenevrədəki BMT bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi səfir Vaqif Sadıqov iştirak edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar