İDMAN


Dünya çempionatının ikinci günündə üç cüdoçumuz mübarizəyə qoşulub

Bakı, 7 iyun, AZƏRTAC

İyunun 7-də Budapeştdə cüdo üzrə dünya çempionatının ikinci gününün yarışları start götürüb.

AZƏRTAC xəbər verir ki, turnirin ikinci günündə Nicat Şıxəlizadə və Orxan Səfərov (66 kq), qadınlardan isə Gültac Məmmədəliyeva (52 kq) yarışa qatılacaqlar. N.Şıxəlizadə ilk qarşılaşmasını rumıniyalı Lyütsian Dumitreskiyə qarşı keçirəcək. O.Səfərov isə startda irlandiyalı Natan Bernslə görüşəcək.

Qadınların yarışında G.Məmmədəliyeva ilk qarşılaşmasında Tatyana Levitska-Şukvani (Gürcüstan) ilə üz-üzə gələcək.

Qeyd edək ki, turnirin birinci günündə 4 cüdoçumuz mübarizə aparıb. Onlardan Kəramət Hüseynov (60 kq) bürünc medal qazanıb.

Tokio Olimpiadasına lisenziya xarakterli yarışa Azərbaycan 12 cüdoçu ilə qatılıb. Dünya çempionatına iyunun 13-də yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.