DÜNYA
Dünyanın ən böyük televizoru VİDEO
Bakı, 11 iyun (AZƏRTAC). Böyük Britaniyanın “Titan” şirkəti dünyanın ən böyük televizor modelini təqdim etmişdir. “Zeus” markalı bu televizorun panelinin diaqonalı 370 düym (təxminən 9,4 metr), çəkisi bir tona yaxındır.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, displey ölçüləri 8x5 metr olan televizor həm qapalı yerlərdə, həm də açıq havada istifadə üçün nəzərdə tutulur. “4K” formatını (Ultra HD) dəstəkləyən panelin təsvir ölçüsü 3840х2160 piksel təşkil edir ki, bu da “Full HD” (1920х1080 piksel) formatının təsvir ölçüsü ilə müqayisədə dörd dəfə böyükdür.
“Titan Zeus” yaxşı rəng çalarlarına malikdir. Qurğunun digər texniki xüsusiyyətləri hələlik açıqlanmır.
Televizora 1,6 milyon dollar qiymət qoyulmuşdur. Artıq model üçün ilk sifarişlərin alındığı bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:24]
Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib
- 26.04.2024 [19:11]
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]