DÜNYA


Dünyanın ən təhlükəli oteli

Bakı, 20 may, AZƏRTAC

İtaliyanın Alp dağlarında dünyanın ən təhlükəli oteli yerləşir.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, ağ və qırmızı boru formasında hazırlanmış otelin bir hissəsi 300 metrdən çox hündürlükdə qayaların üstündən asılı qalıb.

Otel Mont Blan zirvəsinə qalxan 12 alpinist üçün sığınacaq rolunu da oynayır. Mütəxəssislərin fikrincə, bu yer pis hava şəraiti ilə üzləşən və ya qaranlıqda itən alpinistlərin həyatını xilas etməyə qadirdir.

Otelin tikintisi 250 min avroya başa gəlib. Buraya tikinti materialları helikopterlə gətirilib. Oteldə gecələmə 30 avroyadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.