DÜNYA


Dünyanın ən varlı insanı boşanma qərarını elan edib

Bakı, 9 yanvar, AZƏRTAC

Dünyanın ən varlı insanı, Amazon kompaniyasının başçısı Ceff Bezos və onun xanımı Makkenzi Tattl boşandıqlarını elan ediblər.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat sahibkarın Twitter səhifəsində yerləşdirilib. “Biz istəyirik, insanlar bizim həyatımızın necə davam etdiyini bilsinlər. Uzun müddətli ehtiyatlı tədqiqatlar mərhələsindən və ayrı yaşamağı sınaqdan keçirdikdən sonra biz boşanmağı və dostcasına münasibət saxlamağı qərara aldıq”, - cütlüyün birgə bəyanatında belə deyilir.

Ceff Bezos və Makkenzi Tattl 1993-cü ildə evləniblər. Cütlüyün üç oğlu və Çindən övladlığa götürülən qızı var.

Forbes nəşri Bezosun varidatını 150 milyard dollar həcmində qiymətləndirir. 2018-ci ilin martında Amazonun başçısı dünyanın ən varlı insanlarının illik reytinqində Microsoftun yaradıcısı Bill Qeytsi qabaqlayaraq birinci pilləyə yüksəlib. Sentyabrda Amazon kapitalı bir trilyon dolları ötən Apple kompaniyasından sonra ikinci olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.