MƏDƏNİYYƏT


Dünyanın ən zəngin qadın musiqiçisi

Bakı, 5 avqust, AZƏRTAC

Barbadoslu müğənni Rihanna rəsmi olaraq milyarder elan olunub.

AZƏRTAC xəbər verir ki, “Forbes” jurnalının milyarderlər siyahısına görə, 33 yaşlı müğənni sərvətini 1,7 milyard dollara çatdırıb. Bu artımla Rihanna dünyanın ən zəngin qadın musiqiçisi olub. Ancaq məşhur müğənni bu gəlirinin çox hissəsini musiqidən yox, moda və kosmetika sektorunda fəaliyyət göstərən şirkətlərdən əldə edib.

Xatırladaq ki, “Forbes” jurnalı məşhur müğənnini 2019-cu ilin ən güclü 100 qadını siyahısına daxil etmişdir və elə həmin il Rihanna nəşr tərəfindən 600 milyon dollarlıq sərvəti ilə dünyanın ən varlı qadın ifaçısı seçilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.