ELM VƏ TƏHSİL


Dünyaşöhrətli alim Lütfi Zadənin elmi irsinə həsr olunan beynəlxalq seminar

Bakı,30 mart, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, dünyaşöhrətli alim, professor Lütfi Zadənin elmi irsinə həsr olunan beynəlxalq elmi seminar keçirilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, tədbir UNEC-in Elmi Tədqiqat Mərkəzi və UNEC Rəqəmsal İqtisadiyyat fakültəsi tərəfindən birgə təşkil edilib.

Beynəlxalq elmi seminarda UNEC-in elm üzrə prorektoru professor Sakit Yaqubov “Lütfi Zadə irsi”, Rəqəmsal texnologiyalar və tətbiqi informatika kafedrasının professoru Şahnaz Şahbazova “Lütfi Zadənin elmi irsi: riyaziyyatın inkişafı, sistem nəzəriyyəsi, qərar qəbul etmə, nəzarət”, Polşa Elmlər Akademiyasının Sistem Tədqiqatları İnstitutunun akademiki Janusz Kacprzyk “Lütfi Zadənin əsas miraslarından biri kimi sözlərlə hesablama: zəngin tarix və işi”, Meksika, Tijuana, Texnologiya İnstitutunun professoru Oscar Castillo “Type-3 qeyri-səlis sistemlərdə type-2 və type -1 sistemlərindən təbii təkamül kimi”, Moskva, Məlumatların ötürülmə problemləri İnstitutunun professoru Vadim Lvoviç Stefanuk “Yaddaş sistemlərinin süni intellektlə modelləşdirilməsi”, Rumıniyanın Aurel Vlaicu Universitetinin professorları Valentina E.Balas “Lütfi Zadə və onun Rumıniya dostları” və Marius M. Balas “Yol idarəetməsində məkan və zaman” mövzularında maraqlı məruzələr ilə çıxış ediblər.

Tədbirdə İdarəetmə sistemləri İnstitutu, Azərbaycan Milli Elmlər Akademiyası, İnformasiya Texnologiyaları İnstitutu, Riyaziyyat İnstitutu, Bakı Dövlət Universiteti, Tətbiqi Riyaziyyat İnstitutu və digər müəssisələrdən nüfuzlu alimlər, gənc tədqiqatçılar iştirak ediblər.

Belə tədbirlərin əhəmiyyəti xüsusən gənc tədqiqatçılar üçün çox böyükdür - alimlər öz elmi nəticələrini bölüşərək, dünya elminin inkişafında mühüm rol oynayaraq, onun intellektual səviyyəyə qaldırılmasına nail olurlar. Professor Lütfi Zadənin irsi bu gün də tədqiqatçılara gələcək araşdırmalar üçün bir yol göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.