Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Düşmən dinc sakinləri hədəfə alır: Yuxarı Qiyaməddinli kəndindən REPORTAJ VİDEO

Ağcabədi, 19 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC

Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndi qoşunların təmas xəttinə ən yaxın yaşayış məntəqələrindən biridir. Ermənistan silahlı birləşmələri bu kəndi 1993-cü və 1994-cü illərdə iki dəfə işğal etsə də, sonradan Azərbaycan Ordusu tərəfindən azad olunub. Düşmən kəndi tərk edərkən evləri yandırıb, hər tərəfə mina basdırıblar. Doğma yurdlarına qayıdan kənd sakinləri həm ermənilərin basdırdığı minalardan, həm də atəşkəsin tez-tez pozulmasından əziyyət çəkirlər. Ötən gün – aprelin 18-də Yuxarı Qiyaməddinli kəndinin ərazisi ermənilərin növbəti təxribatına məruz qalıb. Kənd sakini, 1991-ci il təvəllüdlü Hacıyev Rahim Azər oğlu əkin sahəsində təsərrüfat işləri ilə məşğul olarkən Ermənistan ordusunun bölmələri tərəfindən açılan atəş nəticəsində yaralanıb.

AZƏRTAC-ın bölgə müxbiri hadisənin baş verdiyi Yuxarı Qiyaməddinliyə gedib, kənd sakinləri ilə söhbət edib. Onun hazırladığı reportajı təqdim edirik.

Kənddə ilk həmsöhbətim olan Həbib Mamedov yerli sakinlərin 25 ildir erməni təxribatı ilə üz-üzə qaldığını bildirdi: “1993-cü ildə ermənilər kəndi işğal edəndə 8 nəfər mülki vətəndaşı qətlə yetirdilər. 100-dən artıq ev yandırıldı, 700 başdan çox xırdabuynuzlu heyvan aparıldı, 100 başadək iribuynuzlu heyvan tələf oldu. Kənd ikinci dəfə 1994-cü il iyunun 12-də işğal edilsə də, ordumuz elə həmin gün düşməni buradan qovub çıxardı. Xain ermənilərin basdırdıqları minaların partlaması nəticəsində indiyədək üçü azyaşlı olmaqla, 5 nəfər həlak olub, 18 nəfər müxtəlif dərəcəli xəsarət alaraq, sağlamlığını itirib. Onlardan da 8-i uşaqdır. Düşmənin atəşi nəticəsində daha iki dinc sakin həyatını itirib. İki il əvvəl isə kənd sakini Zöhrab Hacıyev başından güllə yarası alıb”.

Söhbət edə-edə məktəbə çatırıq. Tənəffüs vaxtı olduğundan uşaqlar məktəbin həyətində oynayırdılar. Onlar söhbət zamanı atəşkəsin tez-tez pozulduğunu bildirdilər. Şagirdlərdən biri – İbrahim Quliyev məktəb üçün yeni bina tikildiyini, dərsə həvəslə gəldiklərini dedi. Tez-tez eşidilən atəş səsləri uşaqları qorxutsa da, onlar dərsdən qalmırlar.

Sonra bir gün əvvəl düşmən atəşi nəticəsində yaralanan Rahim Hacıyevin evinə yollandıq. Həyat yoldaşı Günay Hacıyeva və azyaşlı övladı həyətin darvazasında dayanaraq yola baxır, yol gözləyirdilər.

Bu vaxt Rahimin dayısı oğlu Ülvi Piriyev də gəlib çıxdı. Dedi ki, Rahim yaralanan vaxt bir yerdə olublar: “Pay torpağımızda mal-qara otarırdıq. Qəfildən güllə səsləri eşidildi və Rahim qışqırdı. Onun yaralandığını görüb tez kəndə zəng etdim. Maşın gəldi, xəstəxanaya apardıq. Vəziyyəti çox ağır idi”.

Yaz mövsümi ilə əlaqədar kənd sakinləri hazırda əkin-səpin aparır, mal-qaranı örüşə çıxarırlar. Yerli əhalinin bir hissəsinin pay torpağı kəndin yuxarı hissəsində olduğundan ermənilər onlara təsərrüfat işləri ilə məşğul olmağa imkan vermirlər.

Kənd sakini Rüstəm Quliyev bildirdi ki, hər il yaz-yay vaxtı, əkin-biçinin qızğın çağında erməni silahlıları onları hədəfə alırlar və bu səbəbdən təsərrüfat işləri ilə məşğul ola bilmirlər. “Düşmən kəndi, sakinləri, sahədə işləyən traktor və digər texnikaları, mal-qaranı tez-tez atəşə tutur. Lakin ermənilərin təxribatları bizi qorxutmur. Çünki biz doğma torpağımızdayıq, öz Vətənimizdəyik. Ordumuza, Prezidentimizə güvənərək burada yaşayırıq”, - deyə Rüstəm Quliyev vurğuladı və divarlardakı, darvazalardakı güllə yerlərini göstərdi.

Yuxarı Qiyaməddinlidən ayrılıb Rahim Hacıyevin müalicə olunduğu Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yollandım. Həkimlər onun vəziyyətinin yaxşılaşdığını və stabil olduğunu dedilər.

Xatırladım ki, dünən Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinin müdiri Vaqif Bağırov müayinənin nəticələri barədə məlumat verərək, güllənin xəstənin sağ döş qəfəsindən daxilə keçdiyini, 12-ci döş fəqərəsi ilə 1-ci bel fəqərəsi arasında qaldığını bildirmişdi. Güllə döş və qarın aortasının arxa səthində, onurğanın ön səthində sümüyə sirayət edib. Vacib orqanların əhatəsində olduğu üçün gülləni çıxarmaq hələlik mümkün olmayıb.

Düşmən dinc sakinləri hədəfə alır: Yuxarı Qiyaməddinli kəndindən REPORTAJ VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib