SİYASƏT


Düşmənə layiqli cavab verən Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünü qətiyyətlə qoruyur

Bakı, 28 sentyabr, AZƏRTAC

Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutub. Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər var, yaralananlar var. Allah şəhidlərimizə rəhmət eləsin! Onların qanı yerdə qalmayacaqdır. Azərbaycan Ordusu hazırda düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir və bu zərbələr nəticəsində düşmənin bir çox hərbi texnikaları sıradan çıxıb. Bu, erməni faşizminin növbəti təzahürüdür.

Bu fikirləri Azərbaycan xalqına müraciətində Prezident, Ali Baş Komandan İlham Əliyev söylədi. Bəli, faşist və nasist Ermənistan bir daha əsl murdar və riyakar, fitnəkar və təxribatçı simasını açıb ortaya qoydu. Bir daha işğalçı və təcavüzkar, sülhə və təhlükəsizliyə təhdid, təhlükə olduğunu dünyaya nümayiş etdirdi. Bir daha göstərdi ki, onun cavabı yalnız silahla, hərblə, savaşla verilməlidir. Bəli, istədiyi cavab da layiqli şəkildə verilib, verilir və veriləcək.

Artıq Ermənistana, ermənilərə və onların havadarlarına heç bir güzəşt olmamalıdır və olmayacaq.

Milli Məclisin deputatı Jalə Əliyeva AZƏRTAC-a açıqlamasında bildirib ki, biz hər zaman sülh tərəfdarı olmuşuq, işğala, təcavüzə məruz qalsaq da, sülhün baş tutması, əmin-amanlığın yaranması üçün daim əməli, səmimi addımlarımızı ortaya qoymuş, iradəmizi nümayiş etdirmişik. Ümumiyyətlə, 32 ildir səbir, dözüm göstərmişik. Amma səbrin də, dözümün də bir həddi var. Həm iyul hadisələri, həm də son bir neçə gündə baş verənlər səbrə, dözümə artıq yer qalmadığını göstərdi. Hərb variantından, müharibədən başqa yolumuzun olmadığını ortaya qoydu. Bunu biz istəmirdik, bunu Ermənistan, onun havadarları istəyirdi və istədiklərini də aldılar, alacaqlar. Onlara layiqli cavab verilib, verilir və veriləcək.

Cənab Prezident müraciətində bir daha dedi: “İyul təxribatından sonra demişdim ki, Ermənistanın acı məğlubiyyəti onlar üçün dərs olmalıdır. Avqust ayında Ermənistan növbəti hərbi təxribata əl atdı. Bu dəfə Azərbaycana diversiya qrupu göndərilmişdir. Diversiya qrupunun başçısı Azərbaycan hərbçiləri tərəfindən saxlanılmışdır və hazırda ifadələr verir. Bu ifadələrdə açıq-aydın göstərilir ki, bu planlaşdırılmış təxribatçı diversiya qrupu Azərbaycana terror aktları törətmək üçün gəlmişdir. Bu gün Ermənistan tərəfindən mülki əhaliyə və hərbçilərimizə qarşı növbəti hərbi təxribat törədildi. Qeyd etdiyim kimi, onlar öz cəzalarını alıblar və alacaqlar”.

Bəli, bu saatlarda, bu dəqiqələrdə belə düşmənə layiqli cavab verən Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qətiyyətlə qoruyur. Belə olan halda, erməni əsgərinin bizim torpağımızda nə işi var?! İşğalçı Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Heç kəs üçün sirr deyil ki, “Dağlıq Qarabağ ordusu”nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaq.

Bir sözlə, biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Ali Baş Komandanımızın müraciətində də deyildiyi kimi, "Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.