Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Duzdağ Fizioterapiya Mərkəzinin 40 illik yubileyi münasibətilə elmi konfrans keçirilib

Naxçıvan, 24 may, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Duzdağ Fizioterapiya Mərkəzinin 40 illik yubileyinin keçirilməsi haqqında” 2019-cu il 16 may tarixli Sərəncamının icrası ilə əlaqədar “Duzdağ” otelində elmi konfrans keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosunun verdiyi məlumata görə, tədbiri açan Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov bildirib ki, bu gün dünyanın müxtəlif ölkələrindən yuxarı tənəffüs yolları, ağciyər xəstəlikləri və allergiyalardan əziyyət çəkən yüzlərlə insanın üz tutduğu mərkəz ötən müddətdə dövlətimizin qayğısı sayəsində öz fəaliyyət imkanlarını xeyli genişləndirib. Muxtar respublika rəhbərinin tapşırığı ilə bir neçə dəfə təmir-bərpa olunan şəfa ocağı müalicə turizminin inkişafına böyük stimul verib.

Diqqətə çatdırılıb ki, Ali Məclis Sədrinin müvafiq sərəncamı ilə bu il mərkəzin yaranmasının 40 illiyinin yüksək səviyyədə qeyd olunması, yubileylə əlaqədar əməkdaşların mükafatlandırılması, eləcə də şəfa ocağı üçün yeni inzibati binanın tikilməsi haqqında göstərişin verilməsi muxtar respublikada dövlətin səhiyyəyə, tibb işçilərinə, onların əməyinə verdiyi ən böyük qiymətdir.

Konfransda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Surə Seyidin “Naxçıvan Muxtar Respublikası səhiyyəsinin inkişafında Duzdağ Fizioterapiya Mərkəzinin rolu” mövzusunda məruzəsi dinlənilib. Natiq bildirib ki, Azərbaycan tarixinin, arxeologiya və etnoqrafiyasının, milli dəyərlər sisteminin elmi dəlil və konkret faktlar əsasında tədqiq olunması ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Hələ Azərbaycana hakimiyyətinin birinci mərhələsində dahi öndərin Naxçıvanda səhiyyənin inkişafına göstərdiyi qayğı təbii şəfa vasitələri olan Duzdağ duzunun, Darıdağ, Sirab, Badamlı sularının elmi tərkibinin və tarixinin öyrənilməsinə diqqəti artırıb və bu zəngin təbii vasitələrin səhiyyədə istifadəsinə başlanılıb. 1927-ci ildən sənaye üsulu ilə çıxarılan Naxçıvan duzunun təbabətdə istifadəsi ilə bağlı Ümummilli Liderin tapşırıq və göstərişlərinə uyğun olaraq, ötən əsrin 70-ci illərindən etibarən duz mədəni bazasında xəstəxana yaradılmasına başlanılıb, 1979-cu ildən Naxçıvan Fizioterapiya Xəstəxanasının fəaliyyətə başlaması ilə Duzdağ duzundan ağciyər-bronx sistemi xəstəliklərinin müalicəsində istifadə olunub.

Surə Seyid deyib: Müstəqillik illərində Naxçıvan Fizioterapiya Xəstəxanasının fəaliyyəti və Duzdağın elmi-tədqiqata cəlb olunması, dünya miqyasında tanıdılması Ali Məclisin Sədri Vasif Talıbovun tarixi xidmətləri ilə bağlıdır. Belə ki, 2004-cü ildə İlham Əliyevin prezidentlik fəaliyyətinin 100 gününə həsr edilmiş tədbirlər planına uyğun olaraq, həmin il yanvarın 31-də Naxçıvan Fizioterapiya Xəstəxanasının yeraltı şöbəsi və Naxçıvan filiz idarəsinin duzüyütmə sexləri əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Duzdağın elmi-tədqiqata cəlb olunması ilə bağlı Ali Məclis Sədrinin tapşırıqlarına uyğun olaraq AMEA Naxçıvan Bölməsinin əməkdaşları 2007-ci ildən Duzdağ ərazisində geniş arxeoloji tədqiqat işlərinə başlayıb, əldə olunan materiallar Naxçıvanın Daş dövrü mədəniyyətinin, Eneolit və İlk Tunc dövrlərinin xüsusi araşdırılması zərurətini meydana çıxarıb. Naxçıvan duz mədənlərində yerli arxeoloqlarla birgə tədqiqat işləri aparan Fransa Milli Elmi Araşdırmalar Mərkəzinin əməkdaşları 2008-ci ildə əldə olunmuş maddi mədəniyyət nümunələri əsasında müəyyən ediblər ki, Naxçıvan duz mədənləri dünyanın ilk duz ocaqlarından biridir. Bu barədə Fransada nəşr olunan məqalələrdə dünyanın ən qədim duz mədəninin Azərbaycanda tapılması haqqında beynəlxalq elmi ictimaiyyətə xəbər verilib. Əldə olunan nəticələr təsdiq edib ki, Duzdağ dünyanın ən qədim duz mədənidir.

Vurğulanıb ki, aparılan araşdırmalar və duzun tərkibinin öyrənilməsi ilə bağlı elmi-tədqiqatlar Naxçıvan Fizioterapiya Xəstəxanasının işinin müasir tələblər səviyyəsində qurulması zərurəti yaradıb. 2008-ci ildə Ali Məclis Sədrinin tapşırıqlarına uyğun olaraq bu səhiyyə ocağı Duzdağ Fizioterapiya Mərkəzinə çevrilib, 474 çarpayılıq yeraltı və yerüstü hissəsində bronxial-astma və ağciyər xəstəliklərindən əziyyət çəkən xəstələrin müalicəsi üçün hər cür şərait yaradılıb. Duzdağ Fizioterapiya Mərkəzinin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin hazırkı Prezidenti, o vaxt Baş Nazir olan Rəcəb Tayyib Ərdoğan da iştirak ediblər. Duzdağın tarixi əhəmiyyəti nəzərə alınmaqla, 2011-ci ildə Naxçıvan şəhərində “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi” mövzusunda keçirilən simpoziumda Naxçıvanda ilkin şəhər mədəniyyətinin yaranmasında Duzdağın rolu haqqında əldə olunan nəticələr daha da möhkəmləndirilib.

“Duzdağın Naxçıvanda ilkin şəhər mədəniyyətinin yaranmasındakı rolu və əhəmiyyəti nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci ildə imzaladığı “Naxçıvan: ilkin şəhər və Duzdağ” mövzusunda Beynəlxalq Simpoziumun keçirilməsi haqqında” Sərəncama uyğun olaraq 2012-ci il iyulun 27-28-də Naxçıvan şəhərində Amerika Birləşmiş Ştatlarından, Fransadan, Ukraynadan, Türkiyədən, İrandan, Gürcüstandan, həmçinin Bakıdan gələn alimlərin və naxçıvanlı elm adamlarının iştirakı ilə Beynəlxalq Simpozium keçirilib. Simpoziumun plenar iclasında Ali Məclisin Sədri proqram xarakterli çıxış edib”, - deyən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri diqqətə çatdırıb ki, Naxçıvan duzunun tarixdə oynadığı rolu nəzərə alaraq aparılan elmi-tədqiqatların nəticələri 1 monoqrafiya, 9 kitab, 80-dən yuxarı elmi məqalədə sistemləşdirilib. Elmi araşdırmalar zamanı əldə olunmuş maddi mədəniyyət nümunələrinin qorunub saxlanılmasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2017-ci ildə “Naxçıvan Duz Muzeyinin yaradılması haqqında” Sərəncam imzalayıb, 2018-ci ildən Duz Muzeyi fəaliyyətə başlayıb. Bu muzey aparılan tədqiqatların ümumiləşdirilməsi, Duzdağın, burada çıxarılan duzun təbliği, xüsusilə beynəlxalq ictimaiyyətə tanıdılması sahəsində mühüm rol oynayır.

Qeyd edilib ki, Naxçıvan Filiz İdarəsi tərəfindən istehsal olunmuş Naxçıvan duzu Madrid şəhərində təşkil olunmuş Beynəlxalq sərgidə keyfiyyət göstəricilərinə görə qızıl medala layiq görülüb. Xəstələrin sağlamlığının bərpa olunması sahəsində daha da səmərəli fəaliyyət göstərmək məqsədilə Ali Məclis Sədrinin 2017-ci ildə imzaladığı Sərəncamla Duzdağ Fizioterapiya Mərkəzinə publik hüquqi şəxs statusu verilib. Təbii şəfa ocağı olan Duzdağ Fizioterapiya Mərkəzi səhiyyə turizmi üçün də perspektivlidir. Mərkəz hər il ölkəmizdən və xaricdən 4000-ə yaxın pasiyent qəbul edir.

Vurğulanıb ki, Duzdağ Fizioterapiya Mərkəzinin tibbi əhəmiyyətini və sağlamlıq turizminin inkişafındakı rolunu nəzərə alaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri bu il mayın 16-da “Duzdağ Fizioterapiya Mərkəzinin 40 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb, Tədbirlər Planı təsdiq edib.

Elmi konfransda Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzovun “Duzdağ Fizioterapiya Mərkəzinin səhiyyə turizminin inkişafında yeri”, Azərbaycan Tibb Universitetinin Klinik allerqologiya və immunologiya kafedrasının müdiri, tibb elmləri doktoru, professor Lalə Allahverdiyevanın “Bronxial-astma xəstəliyində Duzdağ Fizioterapiya Mərkəzində aparılan müalicənin effektivliyi”, Duzdağ Fizioterapiya Mərkəzinin baş həkimi Heyran Qazıbəyovanın “Dünyada bənzəri olmayan müalicə ocağı”, mərkəzin həkim-pulmonoloqu, Naxçıvan Muxtar Respublikasının Əməkdar həkimi Nizami Şaxtaxtinskinin “Allergik xəstəliklərdə speleoterapiyanın rolu”, Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinin baş həkimi İlqar Rzayevin “Bronxial-astmanın əmələ gəlməsində xroniki su və mineral çatışmazlığının rolu” mövzularında məruzələri dinlənilib, slaydlar nümayiş olunub.

Fitoterapevtlər Cəmiyyətinin sədri, tibb üzrə fəlsəfə doktoru Məlahət Qəhrəmanova konfransda çıxış edib.

Sonra bir qrup səhiyyə işçisinə pul mükafatları təqdim olunub, “Duzdağ Fizioterapiya Mərkəzi – 40” filmi nümayiş etdirilib, Naxçıvan Dövlət Filarmoniyasının kamera orkestrinin çıxışı olub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib