ELM VƏ TƏHSİL


EBSCOhost platformasında interaktiv axtarış mövzusunda təlim keçiriləcək

Bakı, 12 iyun, AZƏRTAC 

İyunun 21-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Biofizika İnstitutunda “EBSCOhost platformasında interaktiv axtarış” mövzusunda təlim keçiriləcək.

Biofizika İnstitutundan AZƏRTAC-a bildirilib ki, Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun direktoru və AMEA-nın Mərkəzi Elmi Kitabxanasının innovativ layihələr şöbəsinin müdiri Cəmilə Yusifovanın aparacağı təlimin əsas məqsədi əməkdaşların interaktiv axtarış metodları haqqında nəzəri və praktiki biliklərə yiyələnməsidir.

Xatırladaq ki, təlim Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun və Mərkəzi Elmi Kitabxananın birgə təşkilatçılığı ilə baş tutacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.