EKSONUN DAHA BİR XEYİRXAH İŞİ

“Ayna” Mətbuat Evi “Neft: kəşfindən istehlakına qədər” adlı kitabı çap etmişdir. Kitab Ekson Azərbaycan Əməliyyat Sirkətinin maddi köməkliyi ilə işıq üzü görmüşdür.

Kitabda neft və qaz biznesinin ən mühüm əməliyyatları və prosesləri təsvir olunmuşdur. Burada “Yeraltı sərvətlər”, “Kəşfiyyat”, “İnkişaf və istismar fazası”, “Tələb və təklif”, “Neft emalı”, “Neft məhsulları”, “Satış məntəqələri” və sair barədə asan dildə söz açılır. Xatırladaq ki, “Ekson” bu proseslərin hər birində iştirak edir.

Oxucular kitabdan bir sıra ensiklopedik məlumatlar da əldə edəcəklər. Məsələn, çoxları bilmir ki, “Azərbaycanda neft ehtiyatlarının sənaye üsulu ilə istismarı 1872-ci ildə başlayıb. Həmin il 180 desyatin torpaq sahəsindəki 16 quyudan 4 milyon pud neft çıxarılmışdı. Ən qədim neft quyusu isə 1594-cü ildə qazılıb. 35 metrlik bu quyunu Abşeronda Məmmədəli Nuroğlu qazıb”...

Kitabın ayrıca bir fəsli –“Gələcək üçün planlar” kompüter əsrində neftayırma və ticarətinə həsr olunub. Pulsuz paylanan kitabın redaktoru Xədicə İsmayılovadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.