İDMAN


“EYOF Bakı 2019"un voleybol yarışlarının üçüncü günündə bütün yarımfinalçılar müəyyənləşib

Bakı, 24 iyul, AZƏRTAC

İyulun 24-də “EYOF Bakı 2019” XV Avropa Gənclər Olimpiya Festivalında voleybol yarışlarının üçüncü günündə qrup mərhələsinə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində keçirilən oğlan voleybolçuların yarışında sonuncu görüş B qrupunda yer alan İtaliya və Belçika seçmələri arasında olub. Oyunda 3:1 (25:21, 34:32, 22:25, 25:20) hesabı ilə qalib gələn İtaliya millisi qrupda yeddi xalla liderliyə yüksəlib.

Azərbaycan Voleybol Mərkəzində təşkil olunan qızların mübarizəsində isə günün sonuncu qarşılaşması B qrupunda Türkiyə və Almaniya milliləri arasında oynanılıb. Matçda Türkiyə təmsilçiləri 3:1 (25:21, 25:18, 18:25, 22:25, 15:7) hesablı qələbə qazanıblar. Bununla da türkiyəli voleybolçular beş xalla ikinci yeri tutaraq növbəti mərhələdə mübarizə aparmaq hüququ qazanıblar.

Yarımfinal mərhələsinin oyunları iyulun 26-da keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.