CƏMİYYƏT


E-sosial.az portalında qeydiyyatdan keçmiş aktiv istifadəçilərin sayı 879 minə çatıb

Bakı, 13 aprel, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial.az portalında qeydiyyatdan keçən aktiv istifadəçilərin sayı bu il də artmaqda davam edərək 879 minə çatıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, 2019-cu ildən istifadəyə verilən portal vətəndaşlara onlar barədə toplanmış sosial məlumatlara (əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat və s. üzrə) çıxış imkanı yaradır. Eyni zamanda, hər kəs e-sosial.az portalında özü barədə portalda toplanmış məlumatları mütəmadi izləyə, yaranan sosial-əmək hüquqlarının təminatı prosesinə nəzarət edə bilir.

Eləcə də portal hər kəsə hüquqları yarandığı təqdirdə 100-dən çox sosial xidmət növündən çevik rejimdə yararlanmaq imkanı verir.

Qeyd olunanlar portala böyük maraq yaradır. Təkcə bu ilin ilk rübündə e-sosial.az portalına 3,5 milyon dəfə müraciət qeydə alınıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.