ELM VƏ TƏHSİL


“EaPEC 2022” konfransının ikinci günündə mühüm elmi istiqamətləri əhatə edən məruzələr dinlənilir

Bakı, 29 sentyabr, AZƏRTAC

“5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturlar Konfransı”nın (“EaPEC 2022”) ikinci günü seksiya iclasları ilə davam edir.

AZƏRTAC xəbər verir ki, konfransın sonuncu günündə “İKT innovasiyaları: Əşyaların interneti, süni intellekt və avtomatlaşdırma”, “Yerin müşahidəsi və texnologiyadan ictimai istifadə”, “E-səhiyyə – səhiyyə və elmi tədqiqat üçün texnologiya”, “Rəqəmsal humanitar elmlər – rəqəmsal texnologiya və onun tətbiqi”, “Mərkəzi Asiya milli tədqiqat və təhsil şəbəkələri – əməkdaşlıq imkanları” istiqamətləri üzrə keçirilən seksiya iclaslarında mühüm elmi problemləri əhatə edən məruzələr dinlənilir.

İclaslarda təqdim olunan məruzələr “Pan-Avropa bulud infrastrukturu federasiyası ilə açıq elmin gücləndirilməsi - Şərq Tərəfdaşlığı regionundan təcrübələr”, “Smart” kabellər vasitəsilə planetimizin araşdırılması”, “İqlim tədqiqatlarında açıq elm”, “Respublika Seysmoloji Xidmət Mərkəzinin proqram və sistem təminatı”, “Avropa sağlamlıq məlumat məkanının biotibbi tədqiqatlara təsiri”, “Səhiyyə innovasiyasında milli tədqiqat və təhsil şəbəkələrinin rolu”, “Dariah.lab”: incəsənət və humanitar elmlər üçün Polşanın elektron infrastrukturuna doğru”, “Türkiyə Milli Muzey İnventar Sistemi” və digər mövzuları əhatə edir.

Qeyd edək ki, “EaPEC 2022” beynəlxalq konfransı GEANT Assosiasiyasının təşəbbüsü və koordinasiyası ilə həyata keçirilən, Şərq Tərəfdaşlığı ölkələrini əhatə edən “EaPConnect” (‘EU4Digital: Connecting Research and Education Communities) layihəsi çərçivəsində reallaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.