DÜNYA


“Efiopiya hava yolları”nın qəzaya uğrayan təyyarəsində ölənlərin 7-si Britaniya vətəndaşıdır

London, 11 mart, AZƏRTAC

“Efiopiya hava yolları”na məxsus “Boeing 737” təyyarəsinin qəzaya uğraması nəticəsində ölən sərnişinlərin arasında Britaniya vətəndaşlarının da olduğu bildirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, təyyarədə ən az 7 Britaniya vətəndaşı olub.

Qeyd edək ki, "Efiopiya hava yolları" şirkətinin təyyarəsi paytaxt Əddis-Əbəbə hava limanından qalxdıqdan bir neçə dəqiqə sonra idarəetməni itirərək yerə çırpılıb. Nəticədə təyyarədəki 149 sərnişinin və səkkiz ekipaj üzvünün hamısı həlak olub.

 

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.