SİYASƏT


Ekmeleddin İhsanoğlu: Qayıdış prosesində hər kəs Azərbaycanın yanında olmalıdır

Ekmeleddin İhsanoğlu: Qayıdış prosesində hər kəs Azərbaycanın yanında olmalıdır

Bakı, 10 mart, Səlim Rəhimzadə, AZƏRTAC

Bakı Qlobal Forumunun İslam dünyası üçün xüsusi yeri var. Burada önəmli insanlar bir sıra problemli məsələləri həll etmək üçün müzakirələr aparırlar.

Bunu AZƏRTAC-a müsahibəsində İslam Əməkdaşlıq Təşkilatının sabiq Baş katibi Ekmeleddin İhsanoğlu deyib.

Türkiyənin Azərbaycanın Qarabağ məsələsində mövqeyini daim dəstəklədiyini vurğulayan sabiq Baş katib qeyd edib: “İnanırıq ki, yurd-yuvasından didərgin düşmüş insanlar tezlikdə öz evlərinə qayıdacaqlar. Fikrimcə, hər kəs bu məsələlərdə Azərbaycanın yanında olmalıdır, çünki gələcəkdə onlar Azərbaycanın köməyinə möhtac olacaqlar".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.