Eko-aksiya zamanı Xan meşəsinin bir hissəsi tullantılardan təmizlənib
AzerTAg.az
Bərdə, 16 noyabr, AZƏRTAC
Bərdə rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Xan meşəsinin ərazisində “Azərbaycanda ekoloji saflığın qorunması naminə" devizi altında eko-aksiya keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, eko-aksiyada Bərdə regional “ASAN xidmət” mərkəzinin könüllüləri, Bərdə Dövlət İdarəetmə və Texnologiya kollecinin tələbələri, idmançılar və rayonun fəal gəncləri iştirak ediblər. Aksiya zamanı Xan meşəsinin müəyyən sahəsi plastik qablardan və polietilen torbalardan təmizlənib.
Həmçinin gənclərlə ətraf mühitin qorunması, təmizliyə riayət olunması, məişət tullantılarının ətraf mühitə, fauna və floraya vurduğu ziyanla bağlı maarifləndirici söhbət aparılıb.





Xəbərin mətnində orfoqrafik səhv var