CƏMİYYƏT


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə daxil olan şikayət yerində araşdırılıb

Bakı, 23 iyul, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Yasamal rayonu Şərifzadə küçəsi, 168 A ünvanında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayəti Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları yerində araşdırıblar.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əraziyə baxış zamanı ağac kəsilməsi faktı aşkarlanmayıb. Araşdırma zamanı ərazidə pilot layihə çərçivəsində “Qismət-M Construction” MMC tərəfindən köhnə beşmərtəbəli binanın sökülərək yerində çoxmərtəbəli yaşayış binasının və yeraltı avtomobil dayanacağının tikildiyi müəyyən edilib. Dayanacağın girişindəki müxtəlifcinsli bioloji inkişafda olan 6 ağacın dayanacaq fəaliyyət göstərəcəyi təqdirdə kəsilmə təhlükəsi altında qalacağı qeydə alınıb.

Faktla bağlı akt tərtib olunub. Ağaclara aqrotexniki qulluq göstərilməsi məqsədilə MMC-yə icrası məcburi olan “məcburi göstəriş” verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.