CƏMİYYƏT


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları növbəti reyd keçiriblər

Bakı, 5 sentyabr, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçiriblər.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, reyd zamanı İsmayıllı rayonu ərazisində fəaliyyət göstərən “Raqib-FK” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) tərəfindən Əyriçay çayının sağ sahilindən 4078,08 kubmetr həcmində gilin çıxarıldığı məlum olub. Faktla bağlı “Raqib-FK” MMC barəsində akt tərtib edilib. Bununla yanaşı, təbiətə 22429,44 manat məbləğində ziyan dəydiyi müəyyənləşib.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.