CƏMİYYƏT


Ekologiya və təbii sərvətlər naziri Tovuzda vətəndaşlarla görüşəcək

Bakı, 15 noyabr, AZƏRTAC 

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev noyabrın 23-də Tovuz, Şəmkir, Qazax, Ağstafa, Daşkəsən, Gədəbəy, Samux və Göygöl rayonlarının sakinlərini qəbul edəcək.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüş saat 09:30-da Tovuz şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected][email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi (ünvan: Tovuz şəhəri, Düz Cırdaxan kəndi) ilə əlaqə saxlamaları (əlaqə telefonları: 050-330-95-49, 050-349-02-83, 022-317-35-29) xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.