ELM VƏ TƏHSİL


Ekosid və urbisid cinayətlərinin kriminallaşdırılması cinayət qanunvericiliyinin ən aktual məsələlərindən biridir

Ekosid və urbisid cinayətlərinin kriminallaşdırılması cinayət qanunvericiliyinin ən aktual məsələlərindən biridir

Bakı, 27 yanvar, AZƏRTAC

Hazırda cinayət qanunvericiliyinin ən aktual məsələlərindən biri ekosid və urbisid cinayətlərinin kriminallaşdırılması ilə əlaqədardır.

Bu fikri AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının müdiri professor İsaxan Vəliyev bildirib. O qeyd edib ki, torpaqlarımızın işğalı dövründə ermənilər tərəfindən şəhərlərimiz, kəndlərimiz, tarixi abidələrimiz dağıdılıb, sərvətlərimiz talan olunub, meşələr məhv edilib, yandırılıb, çayların suyu zəhərlənib. Ermənistan hərbi siyasi rəhbərliyinin beynəlxalq qanunvericiliyə zidd olaraq ekologiyaya dəymiş olduqca böyük həcmli zərərin vurulması ilə nəticələnən davranışlarını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin “Ekoloji cinayətlər” fəslində nəzərdə tutulan “Suyu (su mənbələrini) çirkləndirmə”, “Atmosferi (havanı) çirkləndirmə”, “Meşələri və digər yaşıllıqları məhv etmə və ya zədələmə”yə görə, o cümlədən həmin Məcəllənin “Mülkiyyət əleyhinə cinayətlər” fəslində öz təsbitini tapan “Əmlakı qəsdən məhv etmə və ya zədələmə”yə görə cinayət məsuliyyəti nəzərdə tutan normaları ilə tövsif etmək qeyri-mümkündür. Odur ki, bu əməllər beynəlxalq cinayətlər kimi qiymətləndirilməli və Cinayət Məcəlləsinin “Sülh və insanlıq əleyhinə cinayətlər” fəslində xüsusi norma şəklində təsbit edilməlidir.

“Bu baxımdan Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsində ekosid və urbisid əməllərinin kriminallaşdırılması ilə əlaqədar müvafiq olaraq 104-1 və 104-2-ci maddələrinin əlavə edilməsi ilə bağlı mövqeyini dəstəkləyirik. Məlumat üçün bildiririk ki, bu barədə Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Samirə Babayeva “Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin təkmilləşdirilməsində kriminalizasiya və dekriminalizasiya proseslərinin əhəmiyyəti” adlı məqalə ilə 2022-ci ilin may ayında Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında “Müasir Azərbaycan dövlətinin formalaşmasında Heydər Əliyevin rolu” adlı elmi-praktik konfransda çıxış edib. O, məqalədə ekosid və urbisid cinayətlərinin kriminallaşdırılmasının zəruri olduğu qənaətinə gəlib və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin “Sülh və İnsanlıq əleyhinə cinayətlər” fəslində qeyd olunan əməllərin nəzərdə tutulması ilə əlaqədar model tərkiblər təklif edib”, - deyə alim bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.