Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Ekspert: Cənub Qaz Dəhlizinin tamamlanması Azərbaycan üçün tarixi nailiyyətdir

Ekspert: Cənub Qaz Dəhlizinin tamamlanması Azərbaycan üçün tarixi nailiyyətdir

Bakı, 11 fevral, AZƏRTAC

TAP boru kəmərinin istismarı ilə bərabər Cənub Qaz Dəhlizi layihəsi faktiki olaraq tamamlanmış oldu. Nəzərə alsaq ki, bu layihə məhz Azərbaycanın liderliyi ilə ərsəyə gəlib, bu, ölkəmizə gələcəkdə bir çox iqtisadi və siyasi dividentlər qazandıracaq. Belə bir mürəkkəb və meqa layihənin vaxtında və yüksək səmərə ilə ərsəyə gəlməsi Azərbaycan üçün tarixi nailiyyətlərdən biri kimi səciyyələndirilə bilər. Azərbaycan tarixində ilk dəfə olaraq öz təbii qazını Cənub Qaz Dəhlizi vasitəsilə birbaşa dünyada təbii qazın ən çox idxal edildiyi Avropa bazarına nəql etməyə başladı. Bu, Azərbaycanın enerji təhlükəsizliyinin gücləndirilməsi baxımından olduqca əhəmiyyətlidir.

Bu sözləri AZƏRTAC-a energetika üzrə ekspert, fəlsəfə doktoru Emin Axundzadə deyib.

Enerji təhlükəsizliyinin əsas göstəricilərindən biri marşurut yollarının şaxələndirilməsi, eyni zamanda, hədəf bazarlara təbii qazın daşınması olduğunu qeyd edən ekspert bildirib: “Bu çərçivədə məhz Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə öz marşrut yollarını şaxələndirərək dünyada təbii qazın ən çox istehlak edildiyi bazarlardan birinə öz təbii qazını daşımağa başlayıb. Bu gün dünyada kifayət qədər ölkələr var ki, enerji ehtiyatları baxımından zəngindir. Ancaq bu ölkələr enerji ehtiyatlarını inkişaf etdirə, təbii qaz hasilatını artıra, yataqları istismar edə bilmirlər. Bunun da əsas səbəblərindən biri odur ki, onlar öz marşrut yollarını şaxələndirə bilməyib, eyni zamanda, üçüncü tərəflərdən asılı vəziyyətdədirlər. Bu baxımdan Cənub Qaz Dəhlizi məhz Azərbaycanın iqtisadi müstəqilliyinin daha da gücləndirilməsinə dəyərli töhfə verir. Bundan başqa, Cənub Qaz Dəhlizi layihəsi ona imkan yaradıb ki, Azərbaycan öz təbii qaz yataqlarını inkişaf etdirə bilsin, bu istiqamətdə öz hasilatını, təbii qaz ixrac potensialını artıraraq öz gəlirlərini optimallaşdırsın. Qeyd edim ki, təbii qazın neftdən fərqli olaraq saxlanılması olduqca məşəqqətli və maliyyətlidir. Təbii qaz əsasən yeraltı qaz anbarlarında saxlanılır və bu da böyük vəsaitlər tələb edir. Buna görə təbii qaz yataqlarına investisiya qoyulmadan əvvəl ilk növbədə infrastruktura baxılır. Əgər infrastruktur varsa ondan sonra o yataqlara investisiya qoyuluşu həyata keçirilir. Bu baxımdan Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanda həm “Şahdəniz-2” layihəsinin həyata keçirilməsi, həm də “Qarabağ”, “Abşeron”, “Ümid” kimi yataqların inkişaf etdirilməsi, gələcəkdə ölkənin digər perspektiv strukturların inkişafı və bu çərçivədə respublikamızın təbii qaz ixrac potensialının genişləndirilməsi baxımından olduqca əhəmiyyətlidir. Bu da təbii olaraq Azərbaycan iqtisadiyyatının inkişafı, iqtisadi artımın daha da sürətləndirilməsi, büdcə daxilolmalarının artırılması, eyni zamanda, ölkəmizə xarici valyuta axınının təmin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir”.

E.Axundzadə bildirib ki, Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin formalaşdırıldığı bütün seqmentlərdə əsas payçılardan biridir, eyni zamanda, bu layihənin əsas təməlini meydana gətirən TANAP layihəsində ən çox paya sahib olan ölkədir. Bu da ona əsas verir ki, Azərbaycan hasil etdiyi təbii qazını özünün boru kəmərləri vasitəsilə daşıyaraq bu istiqamətdə əlavə dəyərini artıracaq, iqtisadi dividentlər əldə edəcək. Eyni zamanda, Azərbaycan gələcəkdə üçüncü tərəflərin Cənub Qaz Dəhlizi vasitəsilə daşıyacağı həcmlərdən də nəqliyyat gəlirləri əldə edəcək.

“Azərbaycanın 58 faiz paya sahib olduğu TANAP boru kəmərinin ilkin ötürmə gücü 16 milyard kubmetrdir. 2022-ci ildən etibarən TANAP vasitəsilə 16 milyard kubmetr təbii qazın daşınması həyata keçiriləcək. Beləliklə, TANAP-ın 2022-ci ildən sonra hər il 1,5 milyard dollar gəlir gətirəcəyi proqnozlaşdırılır ki, Azərbaycanın bu layihədən gəliri 870 milyon dollar dəyərində olacaq. Cənub Qaz Dəhlizi layihəsi elə dizayn olunub ki, gələcəkdə onun ötürmə qabiliyyətinin artırılması mümkündür. Bu gün qarşımızda duran əsas məsələlərdən biri də məhz Cənub Qaz Dəhlizi layihəsinin ötürmə qabiliyyətinin artırılması və əhatə dairəsinin genişləndirilməsidir. Qeyd edim ki, Cənub Qaz Dəhlizi layihəsinin birinci mərhələsinin həyata keçirilməsi tarixi bir uğurdur. Gələcəkdə boru kəmərinin ötürmə gücünün artırılması ilə Azərbaycan bu uğuru daha da artıra biləcək, özünün bu istiqamətdə iqtisadi və siyasi dividentlərinin yüksəlməsinə səbəb olacaq. İlkin olaraq Azərbaycan qazı Avropada Yunanıstan, Bolqarıstan və İtaliya bazarları üçün nəzərdə tutulsa da gələcəkdə bir çox ölkəyə Cənub Qaz Dəhlizi, eyni zamanda, TAP boru kəməri vasitəsilə təbii qazın daşınması mümkün ola bilər”, - deyə ekspert qeyd edib.

O bildirib: “Ümumilikdə boru kəmərinin əhatə dairəsinin genişləndirilməsi öz növbəsində Azərbaycanın strateji əhəmiyyətini daha da artıracaq, Avropa ölkələri arasında əməkdaşlıq əlaqələrinin daha da güclənməsinə, ölkəmiz üçün bu bazarlarda – xüsusilə də, Cənub-Şərqi Avropa bazarlarında yeni imkanların ortaya çıxmasına töhfə verəcək. Hazırda Azərbaycan həm Gürcüstan, həm də Türkiyə bazarlarında təbii qazın paylanma əməliyyatını da həyata keçirir. Gələcəkdə Azərbaycan Balkan ölkələrində də bu layihələrə daxil ola bilər. Balkan ölkələri hazırda Azərbaycanla bu istiqamətdə əməkdaşlıq etməkdə maraqlıdır. Bununla yanaşı, gələcəkdə mənbə qismində də üçüncü tərəflər bu layihəyə daxil ola bilər. Əsasən də Xəzər ölkələrini biz misal göstərə bilərik. Türkmənistan, Qazaxıstan kimi ölkələrin, digər tərəfdən şərqi Aralıq dənizindən çıxarıla biləcək təbii qazı, əsasən də İsrailin təbii qazı, bu layihə vasitəsilə Avropa bazarlarına daşına bilər. Başqa sözlə, Cənub Qaz Dəhlizi həm mənbə ölkələri üçün, həm də təbii qazı istehlak edən ölkələr üçün əlverişli fürsət yaratmış olur. Nəzərə alsaq ki, məhz bu layihə Azərbaycanın təşəbbüsü ilə ərsəyə gəlib, bu da təbii olaraq Azərbaycanın bu ölkələr nəzdində strateji əhəmiyyətinin daha da artmasına töhfə verəcək”.

Cənub Qaz Dəhlizi vasitəsilə Avropa üçün dördüncü enerji dəhlizinin açıldığını deyən E.Axundzadə əlavə edib: “Yəni, Avropa həm yeni mənbə, həm də alternativ marşrut üzərindən təbii qazı qəbul edə biləcək. Bu da, Avropanın enerji təhlükəsizliyinə ikiqat xidmət göstərir. Digər tərəfdən də Cənub Qaz Dəhlizi layihəsi Avropada karbon emissiyasının azaldılması istiqamətində də çox önəmli bir funksiyanı yerinə yetirir. Bu gün Avropanın əsas strategiyalarından biri 2030-cu ilə qədər karbon emissiyasını 1990-cı illə müqayisədə 55 faiz azaltmaqdır. Təbii olaraq bu layihə öz növbəsində Avropada təmiz enerjiyə keçid strategiyasına kömək edəcək. Bütün bunları dəyərləndirdiyimiz zaman, deyə bilərəm ki, Cənub Qaz Dəhlizi öz növbəsində Azərbaycanın Avropa üçün strateji əhəmiyyətinin daha da artırılmasına dəyərli töhfə verəcək”.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev