İQTİSADİYYAT


“Ekspress-C” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 2 dekabr, AZƏRTAC

Dekabrın 2-də Bakı Fond Birjasında (BFB) “Ekspress-C” ASC-nin tədavül müddəti 2 təqvim ili olan AZ2001023608 dövlət qeydiyyat nömrəli, 2 milyon AZN həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.

BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 3 investor tərəfindən üç sifariş təqdim edilib. İstiqrazın illik faiz dərəcəsi 12,5 faiz, faiz ödənişləri 3 təqvim ayından bir olmaqla investorlara ödənilir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği və istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 2 milyon AZN təşkil edib. Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.