İDMAN


Ekvador Amerika Kubokunu keçirməkdən imtina etdi

Ekvador Amerika Kubokunu keçirməkdən imtina etdi

Bakı, 8 dekabr, AZƏRTAC

Ekvador 2024-cü ildə Amerika Kubokuna ev sahibliyi etməkdən imtina edib.

AZƏRTAC bu barədə xarici KİV-lərə istinadla xəbər verir.

Ekvador Futbol Federasiyasının prezidenti Fransisko Eqas bildirib ki, kubokun keçirilməsinə iki maneə var - mütəşəkkil cinayətkarlığın artması fonunda təhlükəsizlik problemləri, həmçinin lazımi infrastrukturun olmaması.

Turnirin ABŞ-da keçirilmə ehtimalı var. Onlar Kanada və Meksika ilə bu barədə danışmağa razılaşıblar. Şimali və Mərkəzi Amerika Futbol Konfederasiyası və Karib hövzəsindən daha üç komanda da Amerika Kubokuna dəvət olunacaq.

Xatırladaq ki, Amerika Kubokunun hazırkı qalibi 2021-ci ilin finalında Braziliya yığmasını məğlub edən Argentina millisidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.