MƏDƏNİYYƏT


Elçin Əfəndiyev: “Necip Fazıl” mükafatına layiq görülmək mənim üçün böyük şərəfdir

Elçin Əfəndiyev: “Necip Fazıl” mükafatına layiq görülmək mənim üçün böyük şərəfdir

İstanbul, 3 dekabr, AZƏRTAC

“Necip Fazıl” mükafatına layiq görülmək mənim üçün böyük şərəfdir. Onun yaradıcılığının, şəxsiyyətinin miqyası o qədər genişdir ki, bu məndə mükafatın ümumən Türkiyə tərəfindən verilməsi hissini oyadır.

Bu fikri Xalq yazıçısı Elçin Əfəndiyev AZƏRTAC-a müsahibəsində bildirib.

Türkiyə ilə Azərbaycanın bir-birinə qardaş olduğunu qeyd edən yazıçı deyib: “Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə dövlətinin başçısı Rəcəb Tayyib Ərdoğanın bir-birinə “Əziz Qardaşım” - deyə müraciəti əslində elə ölkələrimiz arasındakı qardaşlığın, doğmalığın ifadəsidir. Yaxın keçmişə baxdığımızda, Azərbaycan ərazi bütövlüyünü bərpa edərkən, şanlı Zəfərimizə gedən 44 günlük Vətən müharibəsində Türkiyə hər zaman Azərbaycan xalqının yanında oldu. Türkiyə Prezidenti hər zaman dövlətimizin başçısının, vətəndaşlarımızın yanında oldu. Bu da çox böyük yaxınlıq və doğmalıqdan xəbər verir”.

Xatırladaq ki, yazıçı Türkiyədə “Beynəlxalq mədəni-sənət” nominasiyası üzrə “Necip Fazıl” mükafatına layiq görülüb. Mükafatı yazıçıya Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təqdim edib.

 

Günel Məlik

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.