Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Elçin Əhmədov: Prezident İlham Əliyev Azərbaycanı daha da qüdrətli ölkəyə çevirəcəyini bəyan etdi

Elçin Əhmədov: Prezident İlham Əliyev Azərbaycanı daha da qüdrətli ölkəyə çevirəcəyini bəyan etdi

Bakı, 20 aprel, AZƏRTAC

Aprelin 11-də ölkə qanunvericiliyinə uyğun olaraq azad, demokratik, ədalətli və şəffaf şəkildə keçirilmiş prezident seçkilərində Azərbaycan Respublikası vətəndaşları öz siyasi iradələrini bir daha ifadə edərək dövlət başçısı İlham Əliyevə yenidən böyük inam və etimad göstərdi.

Prezident İlham Əliyev aprelin 18-də keçirilmiş andiçmə mərasimində ötən 15 il ərzində Azərbaycanın keçdiyi inkişaf yoluna nəzər salaraq müasir dövrdə dövlət siyasətinin prioritet istiqamətlərini açıqladı.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov bildirib.

Elçin Əhmədov deyib ki, dövlət başçısı prezident seçkilərində Azərbaycan xalqının görülən işlərə yüksək qiymət verdiyini, xüsusilə inkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcək inkişafımıza səs verdiyini bildirdi: “Seçkilər ədalətli və şəffaf şəkildə keçirilmişdir. Seçkilərdən əvvəl yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları, seçkilər günü yenə də beynəlxalq və yerli təşkilatlar tərəfindən keçirilmiş “exit-poll”lar seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşür. Bu, bir daha onu göstərir ki, seçkilər xalqımızın iradəsini, onun fikirlərini əks etdirir”.

Ümummilli lider Heydər Əliyev siyasətinə sadiq qalaraq və son 15 il ərzində bu yolla gedərək böyük uğurlara imza atdığımızı, Azərbaycan xalqının təhlükəsizlik, sabitlik şəraitində yaşadığını bildirən Prezident İlham Əliyev bu dövr ərzində dünyanın müxtəlif bölgələrində, o cümlədən bizim bölgəmizdə, eləcə də Avropada çox təhlükəli proseslərin - qanlı toqquşmalar, müharibələr, vətəndaş müharibələri, dövlət çevrilişlərinin baş verdiyini diqqətə çatdırdı.

Təhlükəsizlik baxımından son 15 ilin çox gərgin keçdiyini, Azərbaycanda isə xalqımızın təhlükəsizlik şəraitində yaşadığını qeyd edən Prezident deyib: “Biz daxili risklərin hamısını aradan qaldırdıq, xarici risklərdən isə özümüzü qoruya bilmişik, bu gün də qoruyuruq, əminəm ki, bundan sonra da qoruyacağıq. Bu da inkişafımız üçün əsas şərtdir”. Dövlət başçısı bildirib ki, Azərbaycanda sabitliyin təminatçısı Azərbaycan xalqıdır və bizim siyasətimizdir. Ona görə, xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas şərtidir. Azərbaycan bu gün dünya miqyasında sabitlik məkanı, sabitlik adası kimi tanınır və bu, bizim böyük nailiyyətimizdir. Prezident İlham Əliyev diqqətə çatdırdı ki, sabitlik pozulanda inkişafdan söhbət gedə bilməz və sabitlik pozulanda xarici müdaxilə baş verir, ölkələr idarəolunmaz vəziyyətə düşür, qardaş qanı tökülür və ölkələrin gələcəyi böyük sual altına düşür.

Azərbaycanda ötən 15 il ərzində demokratik inkişafın çox sürətlə getdiyini, ölkəmizdə bütün azadlıqların təmin edildiyini və demokratik inkişaf baxımından çox uğurlu illər olduğunu, siyasi islahatları dərinləşdirərək bütün azadlıqları – söz azadlığını, mətbuat azadlığını, sərbəst toplaşma azadlığını, siyasi fəaliyyət azadlığını təmin etdiyimizi diqqətə çatdıran dövlət başçısı bu gün Azərbaycan vətəndaşlarının 80 faizinin internet istifadəçiləri olduğunu, eləcə də internetin Azərbaycanda azad olduğunu bildirib.

Bununla yanaşı, dövlət başçısı son 15 il ərzində Azərbaycanda siyasi mübarizə mədəniyyəti istiqamətində də müsbət meyillər müşahidə olunduğunu və prezident seçkiləri kampaniyasının bunu bir daha göstərdiyini bildirərək deyib: “Namizədlərin çıxışlarında kifayət qədər kəskin tənqidi fikirlər səslənmişdir, mən bunu alqışlayıram, müsbət hal kimi qiymətləndirirəm. Bu, siyasi mübarizənin düzgün istiqamətdə inkişaf etməsindən xəbər verir. Qeyd etməliyəm ki, prezident seçkiləri kampaniyası zamanı namizədlər tərəfindən qaldırılmış məsələlərə diqqətlə baxılacaq və dəyərli təkliflər nəzərə alınacaqdır”.

Eyni zamanda, Prezident antimilli qruplaşmanın tam marginallaşdığını vurğulayaraq bildirdi ki, bu seçkilər onların Azərbaycanın siyasi səhnəsində yerinin olmadığını bir daha göstərdi: “Xarici qrant, ianə hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən ünsürlərə Azərbaycan xalqı bir daha öz yerini göstərdi. Seçkilərdən əvvəl və seçkilərdən sonra onların təşkil etdikləri yığıncaqlar bir daha onu göstərir ki, Azərbaycan xalqı heç vaxt imkan verməz ki, xaricdən idarə olunan qruplaşma Azərbaycanda hansısa mövqeyə sahib olsun. Biz bundan sonra da demokratik inkişafla bağlı səylərimizi artıracağıq, gələcək fəaliyyətimizdə də bu istiqamət önəmli yer tutacaqdır”.

Son 15 il ərzində dünyada çox təhlükəli proseslərin cərəyan etdiyini, islamofobiya, ksenofobiya, ayrı-seçkiliyin artıq bəzi ölkələrdə dövlət siyasətinə çevrildiyini, başqa millətlərin, dinlərin nümayəndələrinə mənfi münasibət göstərildiyini diqqətə çatdıran Prezident İlham Əliyev azərbaycançılıq məfkurəsinin Azərbaycanda tam bərqərar olduğunu, Azərbaycan xalqının vahid milli ideya ətrafında birləşdiyini və ölkəmizin çox uğurla inkişaf etdiyini, Azərbaycanda dinlərarası, millətlərarası münasibətlərin nümunəvi xarakter daşıdığını diqqətə çatdırdı.

Dövlət başçısı Azərbaycanın son 15 il ərzində beynəlxalq aləmdə böyük uğurlara imza atdığını, dünyadakı mövqelərimizin möhkəmləndiyini, Azərbaycanın çox müsbət beynəlxalq reputasiyaya malik olan bir ölkə olduğunu və əldə edilmiş nəticələr, qəbul edilmiş qərarların bunu bir daha təsdiqlədiyini bildirdi və qeyd etdi ki, bunun ən bariz nümunəsi bizim 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına seçilməyimiz olub. Bu, gənc müstəqil dövlət üçün çox böyük nailiyyətdir və bu, onu göstərir ki, dünya birliyinin mütləq əksəriyyəti bizi dəstəkləyir.

Prezident İlham Əliyev 15 il ərzində qonşu dövlətlərlə daha da sıx münasibətlərin qurulduğunu, ikitərəfli münasibətlərimizin indi ən yüksək səviyyədə olduğunu bildirməklə yanaşı, çoxtərəfli əməkdaşlığın da Azərbaycanın təşəbbüsü ilə baş verdiyini, bizim təşəbbüsümüzlə dörd qonşu ölkə ilə dörd çoxtərəfli əməkdaşlıq formatı yaradıldığını və bunun işlək formatlar kimi bütün qonşu ölkələr, o cümlədən Azərbaycan üçün böyük fayda verdiyini, eyni zamanda, qonşularla isti münasibətlərimizin regional sabitliyə, təhlükəsizliyə də öz müsbət təsirini göstərdiyini qeyd etdi. Bununla yanaşı, Prezident bildirdi ki, son 15 il ərzində beynəlxalq təşkilatlar çərçivəsində çox fəal iştirak edirik və beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini dəstəkləyir, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bizim ədalətli mövqeyimizi dəstəkləyir. Son 15 il ərzində bir çox mötəbər beynəlxalq təşkilatlar münaqişə ilə bağlı bizim təklifimizi qəbul edərək çox önəmli qətnamələr qəbul ediblər. Münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalı olduğunu bildirən dövlət başçısı bir daha diqqətə çatdırdı ki, BMT-nin Baş Assambleyası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM və digər təşkilatlar münaqişə ilə bağlı bizim mövqeyimizi dəstəkləyən qətnamələr qəbul edib. Ondan əvvəlki dövrdə isə BMT Təhlükəsizlik Şurası və ATƏT qətnamələr qəbul edib ki, bu, münaqişənin həlli üçün hüquqi baza yaradır. Eyni zamanda, Ermənistanın işğalçı siyasətini ifşa etdiyimizi bildirən dövlət başçısı qeyd etdi ki, Ermənistan bu gün bütün regional layihələrdən təcrid edilmiş vəziyyətdədir, həmçinin erməni lobbi təşkilatları bizə qarşı kampaniyalar aparmasına baxmayaraq, dünyaya bir daha sübut edə bilmişik ki, biz haqlıyıq.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız və yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalı olduğunu bildirən Prezident İlham Əliyev bir daha bəyan etdi ki, Azərbaycan heç vaxt imkan verməz ki, bizim ərazimizdə ikinci qondarma erməni dövləti yaradılsın: “Onu da biz dünya birliyinə, ictimaiyyətinə çatdırırıq ki, nəinki Dağlıq Qarabağ, indiki Ermənistan bizim tarixi torpaqlarımızdır. Təkcə sözlə yox, biz sübutlarla dünya birliyinə bunu çatdırırıq. Elmi əsərlər yazılır, arxivlər qaldırılır, tarixi kitablar yazılır. Bunu sübut edən kifayət qədər tarixi sənəd var. XIX əsrin əvvəllərində İrəvan xanlığının əhalisinin 80 faizini azərbaycanlılar təşkil edirdi. Biz bir neçə deportasiyaya məruz qalmışıq. Bütün bunları biz çatdırmalıyıq, çatdırırıq və bu, öz səmərəsini verməkdədir”.

Eyni zamanda, Azərbaycan Prezidenti belə bir məqama da diqqəti cəlb etdi ki, yaxın tarix və bölgədə gedən proseslər bir çox hallarda beynəlxalq hüquq normalarının işləmədiyini göstərir: “Kim güclüdür, o da haqlıdır. Biz bunu dəfələrlə görmüşük, bu gün də görürük. Demək olar ki, son 15 il ərzində beynəlxalq davranış qaydaları dəyişdi, beynəlxalq hüquq normaları arxa plana keçdi. Güc amili daha önəm qazandı. Bu, reallıqdır. Biz real həyatda yaşayırıq və reallıqla hesablaşmalıyıq. Bu reallıq bir də onu göstərir ki, bizim ordu quruculuğu ilə bağlı apardığımız siyasət yeganə düzgün siyasətdir. Bu siyasətin əvvəlində böyük işlər görüldü”.

Son 15 il ərzində ordu quruculuğu prosesinin sürətlə getdiyini bildirən dövlət başçısı bu gün Azərbaycan Ordusunun dünya miqyasında təchizat, silah-sursat, texnika, döyüş qabiliyyəti baxımından güclü ordular sırasında olduğunu vurğuladı. O, Aprel döyüşlərini şanlı tariximiz, böyük qələbəmiz kimi dəyərləndirməklə yanaşı, Cocuq Mərcanlı qəsəbəsinin bizim dirçəliş rəmzimizə çevrildiyini bildirdi. Vurğuladı ki, Azərbaycan Ordusu Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının torpaqlarının bir hissəsini işğalçılardan azad edib və artıq minlərlə hektar torpağa biz nəzarət edirik. Azərbaycan Prezidenti bizim hərbi qələbəmizin xalqımızın gücünü, yenilməz ruhunu göstərdiyini, eləcə də Azərbaycan xalqının bu işğalla heç vaxt barışmayacağını və öz torpaqlarımızı azad edəcəyimizi vurğulayaraq bəyan etdi ki, buna nail olmaq üçün daha da güclü olmalıyıq və olacağıq.

Prezident İlham Əliyev bütün sahələrdə qazanılan uğurlarla yanaşı, sənaye istehsalının 2,6 dəfə, valyuta ehtiyatlarının 24 dəfə artdığını və bu gün 44 milyard dollara çatdığını bildirərək, ölkəmizə 230 milyard dollardan çox sərmayə qoyulduğunu diqqətə çatdırdı. Bundan əlavə, dövlət başçısı qeyd etdi ki, Davos Dünya İqtisadi Forumu Azərbaycanı rəqabətqabiliyyətliliyinə görə 35-ci yerə layiq görüb, inkişaf etməkdə olan ölkələr arasında inklüziv inkişaf indeksinə görə üçüncü yerdəyik. Bu göstəricilər, özlüyündə, hər şeyi açıq-aydın bildirir, onu göstərir ki, iqtisadi sahədə əldə edilmiş uğurlar tarixi nailiyyətlərdir.

Qazanılan uğurlardan danışarkən Azərbaycan Prezidenti diqqətə çatdırdı ki, ümummilli lider Heydər Əliyevin öz əlləri ilə təməlini qoyduğu Bakı-Tbilisi-Ceyhan neft kəməri 2006-cı ildə istifadəyə verilib, bir il sonra Bakı-Tbilisi-Ərzurum qaz kəməri Azərbaycanı qaz ixrac edən ölkəyə çevirib. 2012-ci ildən Cənub Qaz Dəhlizinə start verildiyini və hazırda bu layihənin icra edildiyini və bizim təşəbbüsümüzlə həyata keçirildiyini vurğulayan Prezident İlham Əliyev bildirdi ki, həm iqtisadi, həm texniki cəhətdən maliyyə tutumlu bu layihəyə qoyulan sərmayə 40 milyard dollara bərabərdir. Dövlət başçısı bizim artıq Avropanın, Avrasiyanın enerji xəritəsini dəyişdirdiyimizi bildirərək qeyd etdi ki, “Cənub Qaz Dəhlizi” layihələrinin üçü bu il istifadəyə veriləcək – “Şahdəniz-2”, “Cənubi Qafqaz Kəməri” və TANAP. Demək olar ki, neft-qaz sektorunda Azərbaycan istədiyinə artıq nail olub və bir-iki ildən sonra Cənub Qaz Dəhlizi tam istifadəyə veriləcək. Bununla yanaşı, o, keçən illər ərzində “Azəri-Çıraq-Günəşli” yatağının gələcək işlənilməsi ilə bağlı önəmli addımların atıldığını, yeni kontraktın imzalandığını, kontraktın müddətinin 2050-ci ilə qədər uzadıldığını və öz payımızı artıra bildiyimizi vurğuladı.

Eyni zamanda, Azərbaycanın qonşularla əməkdaşlıq edərək regional infrastrukturu da yaratdığını, xüsusilə, 2017-ci ilin oktyabrında Bakı-Tbilisi-Qars dəmir yolunun açılışının növbəti tarixi nailiyyətimiz olduğunu bildirən dövlət başçısı bununla paralel olaraq, hazırda Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması və Azərbaycan ərazisində bütün işlərin tamamlandığını bildirdi: “Beləliklə, açıq dənizlərə çıxışı olmayan ölkə olan Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzlərindən birinə çevrilir. Bu, real işlərin nəticələridir. Bizim coğrafi yerləşməyimiz bir tərəfdən əlverişlidir, digər tərəfdən əlverişsizdir. Biz Avropa ilə Asiya arasında yerləşirik, ancaq, eyni zamanda, bizim açıq dənizlərə çıxışımız yoxdur. Əgər olsa idi, onda heç neft və qaz kəmərlərini tikməyə ehtiyac qalmazdı. Ona görə, belə qapalı şəraitdə Avrasiyanın nəqliyyat mərkəzlərindən birinə çevrilməyimiz tarixi nailiyyətimizdir”.

Azərbaycan Prezidenti bütün bu uğurların ancaq müstəqillik dövründə mümkün olduğunu, müstəqilliyimizin üstünlüklərinin nədən ibarət olmasını diqqətə çatdıraraq dedi: “Bu gün müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük nemətdir, ən böyük xoşbəxtlikdir. Biz bundan sonra da müstəqillik və qələbələr yolu ilə gedəcəyik”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir