İDMAN


Elçin Cəfərov: güləşçilərimizin favorit olduğunu Budapeştdə bir daha təsdiqləməliyik

Bakı, 4 oktyabr, AZƏRTAC

Oktyabrın 20-dən 28-dək Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək dünya çempionatının favoritlərindən olan Azərbaycan yığması mundialda yüksək nəticələr qazanmaq üçün potensialından tam istifadə edəcək. Sərbəst, yunan-Roma və qadın güləşi üzrə komandalarımız dünyanın ən güclüləri sırasında yer almağa çalışacaqlar.

Bu fikirləri AZƏRTAC-a Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, Milli Olimpiya Komitəsinin üzvü Elçin Cəfərov deyib.

O, Azərbaycan pəhləvanlarının dünya miqyasında güclü rəqib kimi qəbul edildiyini vurğulayaraq deyib: “Rusiyanın Kaspiysk şəhərində keçirilmiş son Avropa çempionatında uğurlu çıxışdan sonra güləşçilərimiz dünya çempionatına hazırlıq məqsədilə təlim-məşqləri davam etdiriblər. Favorit olduğumuzu Macarıstanda bir daha təsdiqləməliyik. Hazırda yığmalarımız “Sərhədçi” İdman Olimpiya Mərkəzində son məşqlər keçirlər. Mundialda çıxış edəcək heyət yoxlama görüşlərindən sonra məlum olacaq. Bəzi güləşçilərimiz zədəli olduqları üçün həkimlərin rəyindən sonra onların yarışlarda iştirak edib-etməyəcəkləri aydınlaşacaq”, - deyə federasiyanın vitse-prezidenti əlavə edib.

Elçin Cəfərov qeyd edib ki, Macarıstan mundialı 2019-cu ildə Qazaxıstanın Astana şəhərində keçiriləcək Tokio Yay Olimpiya Oyunlarına lisenziya verən dünya çempionatı üçün bir növ yoxlama xarakteri daşıyır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.