SİYASƏT


Elçin Mirzəbəyli: Karaqandada baş verən son hadisə erməni millətçiliyinin simasının dəyişmədiyini sübut edir

Bakı, 8 yanvar, AZƏRTAC

Ermənilərin Qazaxıstanın Karaqanda şəhərində qazax millətinə mənsub olan bir nəfəri etnik zəmində öldürmələri, üç nəfərə isə ağır bədən xəsarətləri yetirmələri bir daha onların şüurunda kök salmış radikal millətçiliyin, faşizm ideologiyasının nə qədər təhlükəli olduğunu nümayiş etdirir. Şübhəsiz ki, Qazaxıstanda baş verən cinayət erməni millətçilərinin Azərbaycan-Qazaxıstan münasibətlərinə, rəsmi Astananın Aprel döyüşlərindən sonra, həmçinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində nümayiş etdirdiyi ədalətli mövqeyə verilən reaksiyadır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli bildirib.

Ekspert qeyd edib ki, terrorun, qanlı cinayətlərin öz niyyətlərinə çatmaq üçün ermənilərin əlində silah olduğunu tarixi faktlar da sübuta yetirir. Yüz ildən artıqdır ki, ermənilər Mərkəzi Asiyanın yerli xalqlarına qarşı cinayətlər, qanlı terror aktları törədirlər. Bu cinayətlər Fərqanədən Qarabağa, Qarsdan Urmiyaya kimi geniş bir coğrafiyanı əhatə edir. Bütün bu cinayətlərin arxasında erməni Qriqoryan kilsəsindən və ideoloji mərkəzlərdən körüklənən saxta, amansız “böyük Ermənistan” xülyası dayanır.

Siyasi ekspert Qazaxıstanda baş verən son hadisənin erməni millətçiliyinin simasının dəyişmədiyini göstərdiyini bildirib. Onlar 100 il əvvəl Fərqanə vadisində, Margilan, Əndican, Namanqan, Qars, İğdır, Qarabağ, Quba, Bakı, Şamaxı, Təbriz, Zəncan, Urmiyada kim idilərsə bu gün də eyni cinayətkar mahiyyətin daşıyıcılarıdır.

E.Mirzəbəyli qeyd edib ki, erməni millətçiliyi faşizmdən daha təhlükəli, amansız və sağalması mümkün olmayan xəstəlikdir. Övladlarını 100 ildən çoxdur ki, “ən gözəl türk ölü türkdür” kimi amansız bir ideologiya ilə böyüdən, zombiləşdirən valideynlərin yetişdirdiyi bir nəsil var qarşımızda. Ermənilər təkcə türk xalqlarına qənim kəsilməyiblər, onların digər xalqlara, o cümlədən gürcülərə, ruslara, yəhudilərə, farslara qarşı törətdikləri cinayətlər də bütün millətlərə qarşı düşmən mövqedə dayandıqlarını sübuta yetirir.

Ekspertin fikrincə, Qazaxıstanda baş verən hadisə bütün bölgə xalqları üçün həyəcan siqnalı olmalıdır. Erməni millətçiliyinin kökünü kəsməyin, bu ideologiyanı Hitler faşizmi kimi tarixin arxivinə göndərməyin yolu onların Qarabağ iddialarına, təcavüzkarlığına son qoymaqdan keçir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.