CƏMİYYƏT
Elektrik enerjisi və qaza tətbiq olunan limitlərin artırılması Yeni il bayramı öncəsi bizi sevindirdi
Bakı, 26 dekabr, AZƏRTAC
Ümummilli liderimiz Heydər Əliyevin uğurlu siyasəti ağır günlər yaşayan ölkəmizi dirçəltdi. İndi də Prezident İlham Əliyev həmin siyasətin davamı olaraq bir sıra mühüm işlər görür. Güc birlikdədir. Biz də öz dəstəyimizlə Prezidentimizə kömək etməliyik. Ölkəmizi, sərvətlərimizi qorumalıyıq. Bilirik ki, Tarif Şurasının elektrik enerjisi və qaza tətbiq etdiyi limit qənaətlə istifadəni həyata keçirmək üçündür. Bu qərara hamımız əməl etməliyik. Amma limitin artırılması Yeni il bayramı öncəsi bizi sevindirdi. Buna görə Prezident İlham Əliyevə təşəkkürümüzü bildiririk.
Bunu Bakı şəhər sakini 86 yaşlı Zəhra Quliyeva AZƏRTAC-a müsahibəsində bildirib.
Xatırladaq ki, dekabrın 22-də dövlət başçısının tapşırığına əsasən, Tarif (qiymət) Şurasının iclasında təbii qaz üçün təsdiqlənmiş illik istehlak həcmi 1500 kubmetrdən 1700 kubmetrə, aylıq elektrik enerjisinin istehlakının həcmi isə 250 kilovat-saatdan 300 kilovat-saata qaldırılıb. Elektrik enerjisinə görə yeni tarif qiymətləri dekabrın 1-dən tətbiq edilməyə başlanılıbsa, mavi yanacaq üzrə isə yanvarın 1-dən etibarən tətbiq ediləcək.