CƏMİYYƏT


Elektrik enerjisində fasilə ölkənin su təchizatında problemlərə səbəb olub

Bakı, 3 iyul, AZƏRTAC

Dünən gecə saatlarında elektrik enerjisinin kəsilməsi bütün ölkə boyu su təchizatına mənfi təsir göstərib.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı deyib. O bildirib ki, elektrik enerjisinin kəsilməsi ilə əlaqədar bütün su təmizləyici qurğuların fəaliyyəti dayanıb. Mingəçevir şəhərində məlum qəza su təchizatında da problemlər yaradıb. Kür və Ceyranbatandakı sutəmizləyici qurğularda suyun təmizlənməsi və ötürülməsi dayanıb.

A.Cəbrayıllı qeyd edib ki, gün ərzində suyun verilişi tam bərpa ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.