İQTİSADİYYAT


Elektrik enerjisinin ixracı artıb

Bakı, 15 may, AZƏRTAC

Azərbaycan elektrik enerjisinin ixracının həcmini artırıb.

Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a bildirilib ki, yanvar-aprel aylarında ölkədən 1 milyard 48 milyon 890 min kilovat/saat elektrik enerjisi ixrac olunub. İxrac olunan elektrik enerjisinin dəyəri 45 milyon 97 min ABŞ dolları təşkil edib.

Xatırladaq ki, keçən ilin eyni aylarında Azərbaycandan 987 milyon 949 min kilovat/saat elektrik enerjisi ixrac edilmiş, həmin ixracın dəyəri isə 47 milyon 303 min dollar olmuşdu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.