CƏMİYYƏT


Elektron Hökumətin İnkişafı Mərkəzi ilə ADA Universiteti arasında anlaşma memorandumu imzalanıb

Bakı, 11 yanvar, AZƏRTAC

Yanvarın 10-da Elektron Hökumətin İnkişafı Mərkəzi ilə ADA Universiteti arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildiriblər ki, sənədi mərkəzin direktoru Fariz Cəfərov və universitetin prorektoru Fariz İsmayılzadə imzalayıblar.

Beş il müddətini əhatə edəcək memorandum universitetdə təhsil alan tələbələrin karyera hazırlığı, kadrların peşəkar inkişafına dəstək, o cümlədən müvafiqyönümlü layihələrə töhfə verilməsi istiqamətində əməkdaşlığın genişləndirilməsini əhatə edir.

Memorandum çərçivəsində tərəflər arasında ADA Universitetinin Karyera İdarəetmə Mərkəzi ilə əməkdaşlıq, müasir informasiya və kommunikasiya texnologiyaları üzrə birgə layihələrin həyata keçirilməsi, ölkəmizdə böyükölçülü verilənlər anlayışının təbliğ olunması, toplanması, analiz edilməsi və mövcud imkanların üzə çıxarılması razılaşdırılıb. Həmçinin innovasiya ekosisteminin gücləndirilməsi, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi ilə birgə fəaliyyətin aparılması, süni intellekt alqoritmlərinin elektron hökumətdə mövcud sahələrə tətbiqi, inkişaf etdirilməsi, universitetin ixtisasartırma proqramları vasitəsilə peşəkar inkişaf proqramlarının təşkil olunması ilə bağlı birgə addımların atılması fəaliyyət istiqamətlərinə daxil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.