İQTİSADİYYAT


Elektron Təhlükəsizlik Mərkəzindən "mail.ru" istifadəçilərinə xəbərdarlıq

Bakı, 11 sentyabr (AZƏRTAC). Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi (ETM) Azərbaycan internet istifadəçilərinin qarşılaşa biləcəyi təhlükə ilə bağlı növbəti xəbərdarlıq edib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Rusiyanın ən böyük e-poçt xidməti "mail.ru"nun 4,6 milyon istifadəçisinin istifadəçi adı və hesab şifrləri internetdə yayılıb. Bu şifrlərin 95 faizinin aktiv olmayan istifadəçi hesablarına aid olduğu bildirilir.

Məlumatda qeyd olunur ki, hakerlər tərəfindən internetə sızdırılan bu şifrlər müxtəlif vaxtlarda ələ keçirilib. Oğurlanan hesabların 5 faizi şübhə altındadır və bu hesablara təcili olaraq xəbərdarlıq mesajı göndərəcək.

Həmçinin bundan əvvəl 1 milyona yaxın “Yandex” istifadəçilərinə aid hesab şifrləri də internetdə yayımlanıb. Beş milyona yaxın “Gmail” və digər “Google” xidmətləri istifadəçilərinin hesabları da təhlükə altındadır.

ETM e-poçt hesablarının şifrlərinin tez bir zamanda dəyişdirilməsini və kompyuterlərdə antivirus proqramının işə salınmasını tövsiyə edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.