Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Elektron hərrac və onlayn izləmək imkanı özəlləşmə prosesinə marağı getdikcə artırır

Bakı, 17 aprel, AZƏRTAC

Dövlət əmlakının idarəçiliyi, o cümlədən özəlləşdirilmə sahəsində müasir yanaşmaların, innovasiyaların tətbiqi, modern mexanizmlərin formalaşdırılması bu sahədə şəffaflığın daha da artmasına imkan verir.

Əmlak Məsələləri Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, özəlləşmə prosesində yeni mərhələ olan Elektron hərracın tətbiqi, sifarişlərin elektron qaydada verilməsi, hərracları onlayn izləmək mümkünlüyü, paytaxt və regionlar üzrə cəlbedici müəssisələrin özəlləşdirilməyə çıxarılması prosesə investor marağını yüksəldir. Ölkənin müxtəlif yerlərində özəlləşməyə çıxarılan dövlət əmlakları investorlar üçün geniş imkanlar yaradır və getdikcə daha çox iş adamı bu imkandan istifadə etməyə çalışır. Qeyd edilməlidir ki, artıq 20-yə yaxın elektron hərrac keçirilib. İstənilən yerdən hərraca qoşulmaq imkanı yaradan bu sistem getdikcə sərmayəçiləri özünə cəlb edir. Bu amil son hərraclarda da müşahidə edilir. Hərracların açıq və şəffaf keçirilməsi, istənilən şəxsin həm iştirakçı qismində qatılması, həm də ziyarətçi olaraq canlı izlənməsi, media nümayəndələrinin iştirakı ictimai nəzarət və səmərəlilik prinsiplərinin təmin olunmasına şərait yaradır.

Belə hərraclardan biri də aprelin 17-si keçirilib. Bu hərraca müxtəlif çeşidli 90 dövlət əmlakı çıxarılıb. Bunlardan 26-sı kiçik dövlət müəssisə və obyekti, 29-u istifadəsiz qeyri-yaşayış sahəsi, 35-i isə nəqliyyat vasitəsi olub. Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrə aid olub.

Hərracda özəlləşən əmlaklar investorlar üçün potensial gəlir mənbəyidir. Belə müəssisələrdən biri Bakının Binəqədi rayonunda yerləşən 69 saylı avtodayanacaqdır. Torpaq sahəsinin 1000 kvadratmetrə yaxın olması obyektin iqtisadi rentabelliyini artıran amillərdəndir. Alıcı investisiya qoymaqla obyektin fəaliyyətini öz sahəsi üzrə, həmçinin digər sahələrdə də istifadə edə bilər.

Bundan başqa özəlləşən Səmədabad kənd klubu da sahibi üçün qazanclı əmlakdır. Goranboy rayonunda yerləşən obyektin ümumi faydalı sahəsi 140 kvadratmetrə yaxın, torpaq sahəsi isə 150 kvadratmetrdən çoxdur. Alıcı sərmayə yatırmaqla həmin obyektin fəaliyyətini genişləndirmək imkanına malikdir. Eyni zamanda əmlakın profilini dəyişməklə digər iqtisadi sahələrdə fəaliyyət göstərmək imkanı var.

Hərracda özəlləşən qeyri-yaşayış sahələri Bakıda, Abşeronda və Sumqayıtda yerləşir. Paytaxtın Səbail rayonunda olan, ümumi faydalı sahəsi 100 kvadratmetr təşkil edən qeyri-yaşayış sahəsi ofis üçün olduqca əlverişlidir. Bundan başqa Nərimanov rayonunda yerləşən, ümumi faydalı sahəsi 70 kvadratmetrə yaxın olan qeyri-yaşayış sahəsi də xidmət sektorunda sahibi üçün gəlir gətirə bilər. Regionlar üzrə özəlləşən qeyri-yaşayış sahələri də investor üçün kifayət qədər yararlıdır. Sumqayıtda olan, ümumi faydalı sahəsi 327 kvadratmetr təşkil edən qeyri-yaşayış sahəsinin fəaliyyəti də xidmət sferasında uğurlu ola bilər.

Qeyd edilməlidir ki, elektron mənbə olan “Özəlləşmə portalı” vasitəsilə investorlar hərraclara çıxarılan dövlət əmlakları barədə əvvəlcədən məlumat ala bilirlər. Müvafiq bölmələrə daxil olmaqla həmin əmlakların ünvanı, sahəsi, ilkin start qiyməti, iqtisadi profilləri ilə tanış olurlar. Bununla da sərmayəçilər biznes planlarına uyğun əmlak seçməklə bağlı qərarı öncədən, rahat şəkildə qəbul edə bilirlər.

Hərrac vasitəsilə özəlləşdirməyə çıxarılan dövlət əmlakına investisiya cəlb olunur, onların fəaliyyəti bərpa edilir. Müasir avadanlıqlarla təchiz olunan belə müəssisələr isə sonradan istehsalını artıraraq dövlətin iqtisadi göstəricilərinin artmasına öz töhfəsini verir. Belə ki, həmin müəssisələrdə istehsalın canlanması daxili tələbatımızın ödənilməsinə imkan verir. Eyni zamanda, bununla xarici bazarlara çıxış imkanı artır. Xüsusilə bölgələrdə özəlləşdirilən müəssisələrin yenidən fəaliyyəti regionların sosial-iqtisadi inkişafını daha da sürətləndirir. Regionlarda yeni iş yerləri açılmaqla insanların yaşayış səviyyəsində müsbət dinamika müşahidə olunur.

Digər tərəfdən hərraclar, vətəndaşlar üçün öz büdcələrinə uyğun kiçik obyektləri özəlləşdirməklə biznesini qurmaq imkanı yaradır. Bu isə iqtisadi sahədə aktivliyin artmasına gətirib çıxarır. Başqa sözlə, proses daşınmaz əmlak bazarında dinamikaya, müəssisələrin fəaliyyətinin genişlənməsinə şərait yaradır.

Qeyd edilməlidir ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac mayın 1-də keçiriləcək. Həmin hərraca 199 dövlət əmlakı çıxarılıb. Bunlardan 24-ü səhmdar cəmiyyətləri, 93-ü kiçik dövlət müəssisəsi, 73-ü qeyri-yaşayış sahəsi, 9-u isə nəqliyyat vasitəsidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib