İQTİSADİYYAT


Elektron məlumat mübadiləsi məsələləri müzakirə edilib

Elektron məlumat mübadiləsi məsələləri müzakirə edilib

Bakı, 16 mart, AZƏRTAC

Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsi” çərçivəsində görülən işlərlə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) və Elm və Təhsil Nazirliyinin nümayəndələrinin iştirakı ilə videokonfrans formatında görüş keçirilib.

DVX-dən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə “Yol Xəritəsi”nin 2.2.1-ci bəndində nəzərdə tutulan kommersiya hüquqi şəxslərin qeydiyyat prosesi zamanı elektron mübadilənin təmin edilməsi, DVX-nin informasiya sisteminə inteqrasiya edilməsi zərurəti olan sənədlər və bunun üçün texniki imkanların yaradılması kimi məsələlər müzakirə edilib.

İştirakçılar arasında elektron məlumat bazalarının mövcud vəziyyəti, inteqrasiya ilə bağlı qarşıda duran texniki həllər, mübadiləsi nəzərdə tutulan məlumatlar üzrə proseslər xəritəsi və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb. İnteqrasiya zərurəti yaranmış sənədlərin siyahısı və məlumat mübadiləsini təmin edəcək elektron sistem üçün tələb olunan texniki məsələlər görüş iştirakçılarının diqqətinə çatdırılıb.

Tədbir zamanı məlumat bazalarının müəyyən olunmuş müddətlər çərçivəsində əlaqələndirilməsi üçün texniki imkanın yaradılması istiqamətində zəruri işlərin görülməsi razılaşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.