İQTİSADİYYAT


Elektron qaimə-faktura və vergi hesab-fakturaları birləşdiriləcək

Bakı, 14 iyun, AZƏRTAC

Vergilər Nazirliyi yaxın gələcəkdə elektron qaimə-fakturalarla vergi hesab-fakturalarının vahid sənəd halında birləşdirməyi nəzərdə tutur. Bu yenilik reallaşdıqdan sonra elektron qaimə-fakturaların üzərində “Elektron vergi hesab-fakturası” yazılmayacaq.

Nazirliyin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, elektron qaimə-fakturalarla vergi hesab-fakturalarının birləşdirilməsi təşəbbüsü sahibkarlarla keçirilən görüşlərin nəticəsində ortaya çıxıb. Həmin təkliflərin artıq bir qismi nəzərə alınıb və texniki sifarişlər əsasında elektron qaimə-fakturaların təkmilləşdirilməsi həyata keçirilir.

Qeyd olunub ki, növbəti illərdə elektron qaimə-faktura və elektron vergi hesab-fakturalarının birləşdirilməsi ilə yanaşı, elektron qaimə-fakturaların fəaliyyət növləri üzrə fəqləndirilməsi də nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.