ELM VƏ TƏHSİL


Elitar gimnaziyada şəhid Namiq Quliyevin adına sinif otağı açılıb

Bakı, 27 dekabr, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Elitar gimnaziyada şəhid Namiq Quliyevin adına sinif otağı yaradılıb.

AZƏRTAC xəbər verir ki, sinif otağının qapısı üzərində şəhidin adı yazılmış lövhə yerləşdirilib, otaqda şəhidin həyat və döyüş fəaliyyətini əks etdirən guşə yaradılıb.

Açılış mərasimində Vətənin azadlığı uğrunda şəhid olmuş igidlərimizin xatirəsi dərin hörmət və sonsuz ehtiramla yad edilib.

Gimnaziyanın direktoru Səadət Cahandarova çıxış edərək şəhidlərin qürur yeri, fəxrimiz olduğunu deyib. Bildirib ki, gənc nəslə şəhidlərimizi tanıtmaq, onları vətənpərvərlik ruhunda böyütmək, torpağına bağlı, xalqına hörmət hissi ilə tərbiyə etmək borcumuzdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.