MƏDƏNİYYƏT


Elm adamları Van Qoqun əvvəllər məlum olmayan tablosunu aşkar ediblər

Bakı, 1 sentyabr, AZƏRTAC

İngilis alimləri son araşdırmalarında əfsanəvi holland rəssamı Vinsent Van Qoqun 135 il əvvəl çəkdiyi iki döyüşən kişini əks etdirən bir qədər korlanmış tablosunu aşkar edərək, yenidən bərpa ediblər.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, 5 ay davam edən layihədə, neyrobioloq Entoni Buraşed və fəlsəfə doktoru, fizik Corc Kann 3D teksturalı fırça vuruşlarından istifadə edərək rəsmi tam rəngli formada bərpa etməyə çalışıblar.

Riyaziyyatçı və yaradıcı direktor Jesper Eriksson ilə birlikdə işləyən iki alim mümkün olan ən yaxşı nəticəni əldə etmək üçün rentgen şüalarından, süni intellektdən və 3D çapdan istifadə ediblər. Tədqiqatçılar hollandiyalı rəssamın bu əsərini orijinal vəziyyətinə qaytara bilmək üçün xüsusi alqoritm hazırlayıblar.

"İki döyüşən pəhləvanın təsviri 1886-1887-ci illərdə yağlı boya ilə 100x80 sm ölçülü kətan üzərində yaradılıb. Bizim versiyamızın orijinal rəsmə nə qədər bənzədiyini indidən söyləmək mümkün deyil. Lakin bərpa etməyə çalışdığımız rəsm əsəri orijinal görünüşə tam yaxındır və bu, müasir texnologiyaların köməyi ilə bu gün əldə edə biləcəyimiz ən uyğun vasitədir", - deyə ekspertlər izah ediblər.

Bununla belə, tədqiqatçılar son texnologiyanın bu cür layihələrin icrası üçün hələ ki, mükəmməl olmadığını da etiraf ediblər.

Qeyd edək ki, rəsm əsəri hazırda Hollandiyanın Kröller-Müller muzeyindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.