ELM VƏ TƏHSİL


Elman Yusifov: 650 min ağac əkilməsi təşəbbüsü ilə bağlı Zoologiya İnstitutu hazırlıqlara başlayıb

Bakı, 2 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda bir gündə 650 min ağac əkilməsi təşəbbüsü ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutu artıq hazırlıqlara başlayıb.

Bunu AZƏRTAC-a müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun direktoru Elman Yusifov deyib. O bildirib ki, institutun Ağsu rayonunda 150 hektar ərazini əhatə edən təcrübə-dayaq məntəqəsi fəaliyyət göstərir. Burada kənd təsərrüfatı bitkilərinin, ağacların ziyanvericiləri ilə bioloji mübarizə yolları tədqiq edilir.

Birinci vitse-prezidentin təşəbbüsünə qoşularaq biz noyabrın 20-dən sonra Ağsuda bir gündə 1050 ağac əkməyi planlaşdırırıq. Artıq çalaların qazılması prosesinə başlanılıb. Ağacları Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının gəncləri ilə birgə əkəcəyik.

“Ağsu Təcrübə-Dayaq Məntəqəsində institutun 60 arı ailəsi saxlanılır. Buna görə də biz, ilk növbədə, nektar verən ağacların əkilməsinə üstünlük verəcəyik. Eyni zamanda 50 ədəd palıd ağacı da əkiləcək”, – deyə Elman Yusifov qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.