Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Elmar Məmmədyarov: Bu gün Azərbaycan dünyaya özünün inkişaf modelini təklif edir VİDEO

Vaşinqton, 29 sentyabr, AZƏRTAC

Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərini (DİM) nəzərə alaraq milli inkişaf strategiyasını ona uyğunlaşdırıb və yaxşı idarəetməni, davamlı artımı, qanunun aliliyini gücləndirən, insan hüquqlarına hörməti təmin edən, ictimai xidmətlərin asanlaşdırılmasını təchiz edən genişmiqyaslı proqramlar həyata keçirir və inklüziv cəmiyyətlərin qurulmasını təbliğ edir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Baş Assambleyasının 73-cü sessiyasının “Birləşmiş Millətlər Təşkilatının bütün insanlara uyğunlaşdırılması: Qlobal liderlik və dinc, ədalətli və dayanıqlı cəmiyyətlər üçün birgə məsuliyyət” mövzusunda ümumi müzakirəsində çıxış edərək deyib.

“Builki ümumi müzakirələrin mövzusu vaxtında və hamımız üçün çox əhəmiyyətli olan məsələləri təcəssüm etdirir. Biz fərqli milli cəmiyyətləri təmsil edən insanlar arasındakı qarşılıqlı əlaqələrin yalnız daha güclü və daha geniş olmasına səbəb olan qloballaşan bir dünyada yaşayırıq.

Azərbaycan Baş katibin müharibələrin qarşısını almaq və sülhün qorunmasına, eləcə də münaqişələrə və böhranlara erkən və səmərəli cavab vermək, üzv dövlətlərə sülhün bərqərar olması, möhkəm və firavan cəmiyyətlərin qurulması işində yardım etməsini və Birləşmiş Millətlər Təşkilatının daha ardıcıl, bütöv, təsirli və səmərəli olmasını təmin etməsi üçün göstərdiyi əzmi tam dəstəkləyir.

Biz 2030-cu il üçün Dayanıqlı İnkişaf Gündəliyini həyata keçirmək yoluna qədəm qoyaraq, öhdəliklərimizi nə dərəcədə yerinə yetirdiyimizi müəyyən etmək üçün mütəmadi olaraq özümüzü sınamalıyıq. Müvafiq resurslarla dəstəklənən dövlətlər arasında əlaqələndirilmiş səylər və ortaq məsuliyyətlər dayanıqlı gələcəyi və heç kimin geridə qalmamasını təmin etmək üçün vacibdir”, - deyə Elmar Məmmədyarov əlavə edib.

Nazir bildirib ki, Azərbaycan dövləti vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması yolunda qarşıya qoyulan məqsədləri həyata keçirmək üçün səylərini ardıcıl şəkildə davam etdirir. Ölkədə yoxsulluq səviyyəsi 5,4 faiz, işsizlik səviyyəsi isə 5 faizdir. Davos Dünya İqtisadi Forumu üzrə rəqabət qabiliyyətinə görə Azərbaycan 35-ci yeri tutur. İnkişaf etməkdə olan ölkələr arasında Azərbaycan inklüziv inkişaf indeksinə görə sayca üçüncü yerdədir.

“Azərbaycan uzlaşmanın təşviqi vasitəsilə regional inkişaf səylərinə öz töhfəsini verir. Bu, qitələri bir araya gətirmək, qarşılıqlı faydalı əməkdaşlıq üçün bir platforma yaratmaqda mühüm rol oynayır. Şərq-Qərb nəqliyyat dəhlizi 2017-ci ilin oktyabr ayında fəaliyyətə başlayıb. Bu, Asiya-Avropa və əksinə istiqamətdə malların daşınması üçün ən azı iki həftə vaxta qənaət etməyə imkan verən nəqliyyat dəhlizidir. Digər mühüm layihələr bizim səylərimiz nəticəsində qonşu ölkələrlə birgə gerçəkləşən Cənub-Şimal və Cənub-Qərb dəhlizləridir. Azərbaycan əsasən bu dəhlizlərə sərmayə qoyur və hər iki təşəbbüsün fəal iştirakçısıdır. Bakı Beynəlxalq Dəniz Ticarət Liman Kompleksinin tikintisinin birinci mərhələsi 2018-ci ilin may ayında istifadəyə verilib. Limanın yükaşırma qabiliyyəti ildə 15 milyon tona çatacaq və bundan sonrakı mərhələ yükaşırma qabiliyyətini 25 milyon tona çatdırmağa hesablanıb.

Azərbaycan, həmçinin Frankfurt şəhərindən Honq-Konq şəhərinə istiqamətlənən transmilli fiber-optik xəttin çəkilməsini nəzərdə tutan “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsinin təşəbbüsünü irəli sürüb. Bu fiber-optik xətt, hər saniyənin vacib olduğu rəqabət dövründə Şərq və Qərbi birləşdirən ən qısa xətt olacaqdır.

Bu gün Azərbaycan dünyaya özünün müstəqil, davamlı və dinamik iqtisadiyyatda birgə yaşayan müxtəlif xalqlar və dinlər arasında sülh və tolerantlıq mühiti, daxili sabitlik, vətəndaş birliyi və cəmiyyətdə həmrəyliyə əsaslanan inkişaf modelini təklif edir”, - deyə nazir vurğulayıb.

Elmar Məmmədyarov bildirib ki, iqtisadi inkişafından, müvəffəqiyyətli sosial siyasətindən, zəngin insan kapitalı və multikulturalizmin ənənəvi dəyərləri ilə əldə olunmuş nailiyyətlərindən ilhamlanaraq Azərbaycan paytaxtı Bakı şəhərində “Ekspo 2025”-in keçirilməsini təklif etmək qərarına gəldi. Bizim mövzumuz – “İnsan kapitalının inkişafı, daha yaxşı bir gələcək qurmaq”dır - bu universal narahatlıq doğuran bir məsələdir və Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Bu, həm də beynəlxalq inkişaf gündəliyinə, xüsusilə də BMT-nin Dayanıqlı İnkişaf Gündəliyinə tam uyğun gəlir.

Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri Şərqi Avropa, Qafqaz və Xəzərin bütün regionunun heç vaxt Dünya Ekspo sərgisinə ev sahibliyi etmədiyini bildirərək deyib: “Bu baxımdan, “EXPO 2025 Bakı” öz ənənəvi coğrafiyasını genişləndirmək baxımından həqiqətən universal olacaq və tarix baxımından qısa müddəti əhatə edən 27 illik müstəqilliyi dövründə Azərbaycan kimi ölkələrin Ümumdünya Ekspo kimi böyük tədbirlərə müraciət etməklə əlamətdar nəticə əldə edə bilməsinə canlı nümunə olacaq. Fürsətdən istifadə edərək, bu ilin noyabr ayında Parisdə keçiriləcək seçkilərdə Beynəlxalq Sərgilər Bürosunun üzv dövlətlərinə Bakıya səs vermələrini xahiş edirəm.

Dayanıqlı iqtisadi artım Azərbaycana yalnız milli inkişaf strategiyasına diqqət yetirməyə deyil, həm də beynəlxalq inkişaf səylərini fəal şəkildə dəstəkləməyə imkan verib. Azərbaycan Heydər Əliyev Fondu və Xarici İşlər Nazirliyinin Azərbaycan Beynəlxalq İnkişaf Agentliyi (AIDA) vasitəsilə bir sıra ölkələrə beynəlxalq humanitar və inkişafa yardım göstərib. Xüsusilə inkişaf etməkdə olan və az inkişaf etmiş ölkələrin, eləcə də təbii fəlakətdən xilas olanların ehtiyaclarının ödənilməsinə xüsusi diqqət ayrılıb.

Bu il BMT-nin İnsan Hüquqları Bəyannaməsinin 70 illiyini qeyd etməyimiz münasibətilə, Azərbaycan Respublikasının prioritet istiqamətləri kimi demokratiyanın möhkəmləndirilməsi və insan hüquqlarının qorunması ilə bağlı öhdəliyimizi bir daha bəyan edirik. Hökumətimiz bütün Azərbaycan vətəndaşları üçün insan hüquqları və əsas azadlıqlardan tam istifadə etmək üçün lazımi şərait yaratmaq məqsədilə geniş miqyaslı proqramlar həyata keçirir”.

Nazir qeyd edib ki, təhsil Azərbaycanın daxili siyasətinin prioritet istiqamətlərindəndir, çünki yaxşı təhsilli bir cəmiyyət uğurlu və davamlı inkişafın təminatlarından biridir. Ölkədə sağlamlıq hüququ tam təmin edilir. Hər il 5 milyondan çox insanın - ölkə əhalisinin yarısının tibbi müayinələri tamamilə dövlət büdcəsindən maliyyələşdirilir. Azərbaycan müsəlman dünyasında qadınlara 1918-ci ildə səsvermə hüququ verən ilk ölkə olmuşdur. Azərbaycan gender bərabərliyinin təmin edilməsinə, ictimai və sosial həyatda qadınların gücləndirilməsinə çalışır. Rəqəmsal dövrdə yaşadığımız üçün qeyd etmək lazımdır ki, hazırda Azərbaycan əhalisinin təxminən 80 faizi informasiya, media ünsiyyəti, fikir və düşüncələrin azad axını üçün ən əlverişli və praktik vasitə olan internetə maneəsiz giriş imkanı var.

Korrupsiyaya qarşı mübarizə Azərbaycanda Dayanıqlı İnkişaf Gündəliyinin həyata keçirilməsinin əsasını təşkil edir. Yenilikçi yanaşmaların və texnoloji yeniliklərin tətbiqi Azərbaycana ictimai sektorda korrupsiyanın qarşısını almaq üçün əhəmiyyətli irəliləyişlər əldə etməyə imkan verdi. Bu ilin əvvəlində BMT-nin İnsan Hüquqları Şurası Azərbaycan tərəfindən “ASAN xidmət” konsepsiyasının təşviqini nəzərdə tutan “Dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması vasitəsilə insan hüquqlarının və DİM-lərin təşviqi” adlı qətnaməni yekdilliklə qəbul etdi. May ayında Universal Dövri İcmal üzrə İşçi Qrupunun 30-cu sessiyası çərçivəsində Azərbaycan dövri məruzəsini uğurla təqdim edib. Biz qarşılıqlı hörmət və anlaşma əsasında BMT-nin insan hüquqları mexanizmləri ilə dialoq və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinə sadiq qalırıq.

“Azərbaycan dünyanın tanınmış multikulturalizm mərkəzlərindən biridir. Bütün etnik və dini qruplar Azərbaycanda sülh və harmoniya şəraitində yaşayır. Biz mədəniyyətlərarası dialoqun möhkəmlənməsi məqsədilə çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi etmişik. Həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının üzvü olaraq Azərbaycan 2008-ci ildə əsas məqsədi müsəlman dünyası və Avropa arasında dialoq, tərəfdaşlıq və əməkdaşlığın möhkəmlənməsi olan “Bakı Prosesi”nin əsasını qoyub.

Azərbaycan rəhbərliyinin himayəsi altında icra olunan Bakı Prosesi dinlərarası və mədəniyyətlərarası dialoq üzrə bilik mübadiləsi üçün geniş miqyaslı platformanı təmin edir. Sülh mədəniyyətinin, dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqi ilə bağlı ən son hesabatında baş katib mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində “Bakı Prosesi”nin vacib rolunu xatırladıb. Bu il “Bakı Prosesi”nin 10-cu ildönümü qeyd olunur və bu münasibətlə 2018-ci il oktyabrın 25-26-da Bakıda yüksək səviyyəli 6-cı Humanitar Forum da daxil olmaqla silsilə tədbirlər təşkil olunacaq.

Bu podiumdan məmnunluqla elan edirəm ki, gələn il Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edəcək. Tarixi boyunca Qoşulmama Hərəkatı Bandunq Prinsiplərinə sadiqliyi təşviq etməklə beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmlənməsində fundamental rol oynayıb.

Qoşulmama Hərəkatına Azərbaycanın sədrliyi 2020-ci ildə qeyd olunacaq 65-ci ildönümündə Hərəkatın təməl prinsiplərinin təşviqinə təkan verəcək”, - deyə Elmar Məmmədyarov əlavə edib.

Nazir Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq və regional sülh və təhlükəsizlik üçün hələ də əsas təhdid olaraq qaldığını deyib. Bildirib ki, münaqişə Azərbaycan ərazisinin beşdə birinin işğalı ilə nəticələnib və Azərbaycanda təqribən hər doqquz adamdan birini məcburi köçkün və ya qaçqın edib. Münaqişənin ilk günündən bəri mülki insanlara və infrastruktura təsir etməklə ancaq Azərbaycan ərazisində, demək olar ki, ölkənin ortasında aparılıb: “BMT Təhlükəsizlik Şurası 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələrində Azərbaycana qarşı hərbi gücdən istifadə olunması; belə fəaliyyətlərin qeyri-qanuni və BMT Xartiyasının məqsəd və prinsipləri ilə ziddiyyətli olduğu; bunun Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün aydın pozulmasını təşkil etməsi faktını müəyyən edib. Digər səlahiyyətli beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş çoxsaylı qərarlar və sənədlər eyni xətti təşkil edir. Lakin, ilk növbədə, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılması da daxil olmaqla, Təhlükəsizlik Şurasının əsas tələbləri hələ də yerinə yetirilməyib. Əksinə, Ermənistanın siyasəti və təcrübəsi onun hərbi güc vasitəsilə zəbt etdiyi və geniş miqyasda etnik təmizləmə həyata keçirdiyi Azərbaycan torpaqlarının anneksiyasını təmin etmək niyyətini aydın şəkildə təsdiqləyir”.

Elmar Məmmədyarov deyib ki, Ermənistan davamlı olaraq münaqişənin həlli prosesinə maneə törədir və bununla yanaşı, vəziyyəti gərginləşdirmək üçün müntəzəm olaraq müxtəlif təxribatlara əl atır, yüz minlərlə azərbaycanlı məcburi köçkünün doğma yurd-yuvalarına qayıtmasının qarşısını alır. Ermənistan 1949-cu il Cenevrə Konvensiyalarını kobudcasına pozaraq Suriyadan olan ermənilərin Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz məskunlaşdırılması siyasətini davam etdirir.

Ermənistanın yeni rəhbərliyi anlamalıdır ki, onların iqtisadi baxımdan inkişaf etmiş və firavan dövlət qurmaqla bağlı erməni xalqına vədi sülh, mehriban qonşuluq münasibətlərinin qurulması, qonşuların suverenliyinə və ərazi bütövlüyünə hörmət etmədən mümkün deyil. Ermənistan ərazi iddialarını nə qədər tez bir kənara qoysa və qoşunlarını Azərbaycanın ərazilərindən çıxarsa, regionumuzda sülh bir o qədər tez bərqərar ola bilər və Ermənistanın inkişaf perspektivləri yaranar.

“Azərbaycan səmimi qəlbdən inanır ki, sülhün, sabitliyin və qarşılıqlı faydalı regional əməkdaşlığın alternativi yoxdur, münaqişənin qısa vaxtda siyasi həllində və onun nəticələrinin aradan qaldırılmasında ən maraqlı tərəfdir. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyasını pozan və beynəlxalq hüquqa uyğun olmayan münaqişənin həllinə nail olmaq mümkün deyil. Münaqişənin həlli yalnız beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əsasında mümkündür”, - deyə nazir Elmar Məmmədyarov vurğulayıb.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Elmar Məmmədyarov: Bu gün Azərbaycan dünyaya özünün inkişaf modelini təklif edir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib