Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Elmar Mirsalayev: Bu gün Azərbaycanın sığorta sektoru yeni inkişaf mərhələsi fonunda dirçəliş dövrünü yaşayır

Elmar Mirsalayev: Bu gün Azərbaycanın sığorta sektoru yeni inkişaf mərhələsi fonunda dirçəliş dövrünü yaşayır

Bakı, 12 iyul, AZƏRTAC

Maliyyə sisteminin davamlı və dayanıqlı inkişafında başlıca lokomotiv rolunu oynayan sığorta sektorunun sağlam əsaslarla formalaşması ölkənin sosial-iqtisadi rifahını təmin edən əsas amillərdəndir. COVID-19 pandemiyası dünya iqtisadiyyatlarına neqativ yöndə təsir etsə də, sevindirici haldır ki, Azərbaycanın sığorta sektoru bu qlobal fəlakətin yaratdığı məhrumiyyətlərin böyükmiqyaslı zərərliliyindən yayına bildi və müvafiq dövr ərzində böyümə trendini qoruyub saxladı. Cari ilin 6 ayı ərzində də yerli sığorta bazarında artım dinamikası və sektor üzrə aktivlik müşahidə olundu. Sığorta sektorunun icmalı ilə bağlı açıqlanan son rəqəmlərin şərhi və müvafiq dövr ərzində sektorda görülmüş işlərlə bağlı Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) icraçı direktoru Elmar Mirsalayevin AZƏRTAC-a müsahibəsini təqdim edirik.

- Artıq ilin yarısını geridə qoyduq. Ötən dövr ərzində yerli sığorta bazarının yığım dinamikasında volatillik müşahidə olundu. Belə ki, bazar cari ilə azalma ilə başladı, daha sonra artım təmin olundu. Ödənişlərdə isə stabil artım diqqət çəkir. Bu dövrə qədər olan icmal rəqəmlərinə əsaslanaraq bazarın mövcud vəziyyətini necə şərh edərdiniz?

- Azərbaycanın sığorta bazarının yarım illik vəziyyətinin şərhinə cari ilin yox, məhz ötən ilin əvvəlindən başlamaq istəyirəm. Bildiyiniz kimi, 2020-ci ilin ilk aylarından etibarən dünyada və ölkəmizdə qeydə alınan COVID-19 pandemiyası müxtəlif sektor və seqmentlərə bu və ya digər formada öz neqativ təsirini göstərməkdədir. Lakin buna baxmayaraq, sığorta bazarı digər iqtisadi klassifikasiyalarla müqayisədə pandemiyanın daha genişmiqyaslı təsirindən qismən yayına bildi. Rəqəmlərə nəzər salsaq, ötən il ərzində yerli sığorta bazarı iştirakçıları 728.6 milyon manat sığorta haqqı təmin edib. Bu da 2019-cu ilin hesabat göstəriciləri ilə müqayisədə 47.5 milyon manat çoxdur. Analoji artımı sığorta ödənişlərində də görürük. Belə ki, 2020-ci il ərzində baş vermiş sığorta hadisələrinə görə 465.1 milyon manat, yəni 2019-cu illə müqayisədə 163.6 milyon daha çox sığorta ödənişi həyata keçirilib. Rəqəmlərdən də görünən artıma səbəb olan bir neçə amil var. Bu istiqamətdə ilk olaraq Azərbaycan Mərkəzi Bankının maliyyə sektorunda pandemiyanın təsirlərinin minimumlaşdırılması ilə bağlı təsdiq edib həyata keçirdiyi Tədbirlər Planını misal göstərə bilərəm. Eyni zamanda, Azərbaycan Sığortaçılar Assosiasiyası və yerli sığorta bazarı iştirakçılarının sığorta savadlılığının artırılması və təbliğatı ilə bağlı layihələrini davam etdirməsi də artım dinamikasının təmin olunmasına zəmin yaratdı. Burada xüsusi bir məqamı da vurğulamaq istəyirəm. Sərt karantin qaydaları təbii olaraq mövcud və potensial sığortaolunan müştəri ilə birbaşa ünsiyyəti məhdudlaşdırırdı. Buna baxmayaraq, bazarda sığorta satışları dayanmadı, çünki yerli sığorta bazarı iştirakçıları operativ olaraq onlayn satış strategiyalarını tətbiq etməyə başladılar ki, bazar böyüməsinin başlıca səbəblərindən biri də məhz bu oldu.

Sualda doğru qeyd etdiniz ki, cari ildən etibarən yığımlarda bir volatillik müşahidə edilməyə başladı. Daha dəqiq desək, 2021-ci ilin ilk aylarında yığımlarda ötən ilin müvafiq dövrləri ilə müqayisədə azalma qeydə alınırdı. Bu da heç şübhəsiz gözlənilən idi. Çünki ölkəmizdə pandemiya səbəbilə tətbiq edilən sərtləşdirilmiş xüsusi karantin qaydaları birdəfəlik yox, tədricən və mərhələli şəkildə yumşaldılırdı. Nəticədə pandemiyanın ötəri nisbi təsiri məhz həmin aylara təsadüf etdi. Lakin cari ilin artıq mart ayından etibarən artım trendi yenidən bərpa edildi. Azərbaycan Mərkəzi Bankı tərəfindən açıqlanan son göstəricilərə nəzər salsaq, yerli sığorta bazarı iştirakçıları yanvar-may aylarında 398 milyon manat sığorta haqqı təmin edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 10 faiz, yəni 36.7 milyon manat çoxdur. Ödənişlər də stabil templə artmaqdadır. Belə ki, qeyd olunan dövr ərzində həyata keçirilmiş ödənişlər ötən ilin yanvar-may ayları ilə müqayisədə 68.1 milyon manat artaraq 208.2 milyon manat təşkil edib. Biz Azərbaycan Sığortaçılar Assosiasiyası olaraq cari ilin əvvəlindən 2021-ci illə bağlı proqnozumuzda da bildirmişdik ki, müxtəlif dövrlər üzrə yığımlarda qısamüddətli volatillik müşahidə edilə bilər, lakin il sonuna qədər hər hansı kəskin resessiyadan söhbət gedə bilməz.

- Ötən yarım il ərzində daha çox hansı sığorta növləri üzrə aktivlik müşahidə edildi?

- Geridə qoyduğumuz yarım il ərzində yerli sığorta bazarı iştirakçıları tərəfindən təqdim olunan müxtəlif sığorta növləri üzrə dinamik və stabil aktivlik müşahidə olundu. Sevindirici haldır ki, ötən 6 ay ərzində icbari növlərlə yanaşı, könüllü növlərdə də aktivlik qeydə alındı. Belə ki, açıqlanan son icmal göstəricilərinə görə, yanvar-may ayları ərzində yığım dinamikasına görə, aktiv növlər siyahısına könüllü sığorta sinfinə aid “Həyatın yaşam sığortası” növü başçılıq edir. Belə ki, qeyd olunan növ üzrə müvafiq zaman periodu ərzində yığımlar 24.5 milyon manat artaraq 122.9 milyon manat təşkil edib. 2019-cu ildə Vergi Məcəlləsinə olunan dəyişikliklərin qüvvəyə minməsi ilə adıçəkilən növ üzrə yığımların ötən dövrlərlə müqayisəli artım dinamikası nisbətində azalma trendi yaşansa da, bu neqativ tendensiya tədricən aradan qalxdı və davamlı yüksəliş təmin olundu. Onu da bildirim ki, qeyd olunan sığorta növü həm də bir investisiya aləti kimi sektor üçün böyük əhəmiyyət kəsb edir. Yarım il ərzində aktivliyin müşahidə edildiyi daha bir sığorta növü isə “Daşınmaz əmlakın icbari sığortası”dır. Bildiyiniz kimi, bu növ ilə bağlı hələ 2019-cu ilin sonlarından intensiv təbliğat işlərinə başlanılmışdı. Bəlkə də bunun uğurlu nəticəsi idi ki, icbari əmlak sığortası pandemiya dövründə də yüksəliş trendini qoruyub saxlaya bildi. Daha bir reallıq isə həm də ondan ibarətdir ki, müxtəlif zamanlarda baş verən gözlənilməz hadisələr, xüsusilə yanğın halları nəticəsində adı çəkilən növ hər dəfə bir az daha aktuallıq qazandı və sığortalı marağına səbəb oldu. Nəticədə yanvar-may ayları ərzində növ üzrə yığımlar 29.8 milyon manat təşkil etdi ki, bu da 2020-ci analoji dövrü ilə müqayisədə 6 milyon manat çoxdur. Qeyd edim ki, Azərbaycan Sığortaçılar Assosiasiyası olaraq “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə maarifləndirmə və təbliğat işlərini aparmaqda davam edirik.

Müsbət haldır ki, “Daşınmaz əmlakın icbari sığortası” növü ilə yanaşı həm də “Daşınar əmlakın könüllü sığortası” növü üzrə də yığım dinamikasında artım cari ilin əvvəlindən etibarən davam edir. Belə ki, bu könüllü növ üzrə yığımlar yanvar-may ayları ərzində 20.4 milyon manat təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4.9 milyon manat çoxdur. Yığım dinamikasındakı müvafiq artım onu göstərir ki, artıq əhali daşınmaz əmlakı ilə yanaşı, həm də könüllü şəkildə daşınar əmlaklarını da sığortalamaqda maraqlıdır.

Müsbət dinamikanın qeydə alındığı daha bir vacib sığorta növü isə “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta”dır. Sahibkarlara yönəlik bu icbari sığorta növü üzrə 5 aylıq yığımlar 31.7 milyon manat olub ki, bu da 2020-ci ilin 5 ayı ilə müqayisədə 4.8 milyon manat çoxdur. Qeyd etmək istəyirəm ki, adıçəkilən növ üzrə yığımlarda artım bir müddətdir ki, daha qabarıq müşahidə edilir. Buna səbəb olan başlıca amillərdən biri məhz 2019-cu ildə həyata keçirilən uğurlu vergi islahatlarıdır. Davamlı və dayanıqlı sosial-iqtisadi inkişaf modeli çərçivəsində həyata keçirilən müvafiq islahatlar həmin sığorta növü fonunda sektorun canlanmasına da zəmin yaradıb. Qeyd olunan növ üzrə elektronlaşma prosesinin formalaşdırılması ilə yığım dinamikasının artan xətt üzrə inkişafını stimullaşdırmış oldu.

- Bəs bu müddət ərzində Azərbaycan Sığortaçılar Assosiasiyası sığorta sektorunda inkişafın təmin olunması üçün nə kimi addımlar atıb?

- Sektorun davamlı və dayanıqlı inkişafı ilə əlaqədar Azərbaycan Sığortaçılar Assosiasiyası olaraq yerli sığorta bazarı iştirakçılarının fəaliyyətinin stimullaşdırılması, sektorda mövcud boşluqların müəyyən olunaraq aradan qaldırılmasının təşkil olunması, sığorta qanunvericiliyinin təkmilləşdirilməsi və ələlxüsus da əhali və sahibkarlıq subyektlərinin sığorta xidmətlərinə əlçatanlığının və marağının təmin olunması məqsədilə maarifləndirmə və təbliğat işlərini intensiv şəkildə aparmaqda davam edirik.

Bildiyiniz kimi, hələ ötən ilin sonunda Türkiyə Sığorta Birliyi ilə ilk dəfə olaraq qarşılıqlı əməkdaşlığa dair memorandum imzalamışıq. İki qardaş ölkə arasında sığorta sahəsində münasibətlərin qurulması və sığorta ilə bağlı Türkiyə təcrübəsinin öyrənilməsi məqsəd ilə atılmış bu addımın davamı olaraq cari ilin əvvəlində iki qurum arasında ilkin mərhələdə qurulacaq əməkdaşlığın predmetləri müəyyən olundu. Növbəti mərhələdə yerli sığorta bazarı iştirakçıları ilə Türkiyə sığortaçılarının onlayn görüşlərinin təşkili və azərbaycanlı sığortaçıların Türkiyədə təcrübəyə cəlb olunması başlıca prioritetimizdir.

Strateji addımlarımızdan biri də Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu arasında imzalanmış “Sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin sistemli və ardıcıl həyata keçirilməsinə dair memorandum” çərçivəsində bu ilin fevral ayında mövcud və potensial sığortaolunanlar arasında sığorta məlumatlılığının müəyyən olunması və real boşluqların aşkarlanması üçün geniş sorğu keçirilməsi oldu. Təşkil olunan sorğunun respondentləri Bakı və 12 regional şəhərdə yaşayan 18-65 yaş aralığında olan əhali və biznes subyektlərindən ibarət, ümumilikdə 2150 nəfər arasında keçirildi. Sorğunun ümumi nəticələrinə görə, respondentlərin cavablarında neytral mövqe müşahidə olunmadı, əhali və biznes subyektləri daha çox dəqiq cavablara üstünlük verdi ki, bu da bizə sektordakı real boşluqları müəyyən etməyə imkan yaratdı. Hazırda müvafiq boşluqların doldurulması ilə bağlı iş aparılır.

Azərbaycan Sığortaçılar Assosiasiyasının bir İctimai Birlik olduğunu əsas götürərək QHT-lər üçün təmin olunmuş dəstək mexanizmindən də sığorta sektorunun yararlanması və bu kimi layihələrdə aktiv iştirakı səbəbi ilə QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə görüşərək növbəti mərhələdə sığorta ilə bağlı layihələr vasitəsilə müsabiqələrdə iştirak yönündə müzakirələr aparıb ilkin razılığa gəlmişik. Hesab edirəm ki, elan olunacaq müsabiqələrə təqdim ediləcək layihələrlə sektorun daha geniş trayektoriyada inkişafını təmin edə biləcəyik.

Ötən dövr ərzində atdığımız ən önəmli addımlardan biri də məhz Sosial Tədqiqatlar Mərkəzi ilə əməkdaşlıq əlaqələri qurmağımız oldu. Belə ki, bazarın inkişafı sektordakı mövcud boşluqların, çatışmazlıqların aşkarlanmasından və onların doğru tədqiq olunmasından asılıdır. Sosial Tədqiqatlar Mərkəzinin bu yöndə şəffaf və peşəkar fəaliyyətini nəzərə alaraq iki qurum arasında görüş keçirib əməkdaşlıq imkanlarını müzakirə etdik və tərəflər arasında memorandum imzalandı. Ehtimal edirəm ki, artıq sentyabr ayından başlayacaq aktiv iş mövsümündən etibarən təkliflərimizin memorandum çərçivəsində realizə edilməsinə nail olacağıq.

Bu dövr ərzində ASA ilə Aqrar Sığorta Fondu arasında da əməkdaşlıq əlaqələri qurularaq rəsmi memorandum imzalandı. Sazişin başlıca predmetlərinə uyğun olaraq artıq Aqrar Sığorta Fondu sığorta təbliğatı və maarifləndirilməsi işi çərçivəsində ASA ilə birlikdə genişmiqyaslı layihələr icra edəcək.

Sığorta bazarı üçün əhali ilə yanaşı, sahibkarlıq subyektləri də önəm daşıyır. Çünki yerli bazarda sahibkarlara birbaşa xitab edən kifayət qədər sığorta növü mövcuddur. Bizim də bu yöndə başlıca prioritetimiz sahibkarlarda sığorta vərdişlərinin formalaşdırılması və onların sığorta xidmətlərinə əlçatanlığının təmin olunmasından ibarətdir. Məhz bu məqsədlə ötən dövr ərzində Sahibkarlığın İnkişafı Fondu ilə ASA arasında işgüzar görüş keçirildi və iki tərəf arasında qarşılıqlı əməkdaşlığa dair memorandumun imzalanması yönündə razılığa gəlindi. Düşünürəm ki, bu əməkdaşlıq sahibkarlıq mühitində sığorta vərdişlərinin qısa zamanda formalaşmasına təkan verəcək.

Bütün bu proseslərin tez zamanda uğurlu nəticələrlə yekunlaşması sığorta sahəsində tam elektronlaşma ilə bilavasitə bağlıdır. Bu gün sığorta bazarında müəyyən istiqamətlər üzrə avtomatlaşdırma təmin olunsa da, proses hələ tam yekunlaşmayıb. Bəzi istiqamətlər üzrə sənəd dövriyyəsinin elektronlaşmasına ehtiyac duyulmaqdadır. Proseslərin elektronlaşması mövcud sığortaolunanların vaxt itkisini aradan qaldırmaqla yanaşı, həm də müştəri məmnuniyyətini formalaşdıran başlıca faktordur. Bu vacib amili nəzərə alaraq ASA ötən ay Respublika Seysmoloji Xidmət Mərkəzi ilə görüş keçirdi və Mərkəz ilə sığorta şirkətləri arasında elektron sənəd dövriyyəsinin təmin olunmasına dair razılıq əldə olundu. Hazırda bu istiqamətdə ciddi iş aparılır. Fikrimcə ortamüddətli perspektivdə bu istiqamətdə elektronlaşma tam təmin olunacaq.

- Rəqəmlər və görülən tədbirlər göstərir ki, yerli sığorta bazarı yarım ili uğurla yola saldı. Bəs növbəti yarım il üzrə başlıca hədəfləriniz və proqnozlarınız hansı istiqamətdədir?

-Təbii ki, cari zaman göstəricilər, konkret prioritetlər və başlıca hədəflər müəyyən olunduqdan sonra növbəti dövrü proqnozlaşdırmaq asandır. Cari nəticələrlə tanış olduq. Biz Azərbaycan sığortaçılarının prioriteti dəyişməz olaraq qalır – bazar penetrasiyasının indiki vəziyyətindən bir neçə dəfə yüksəldilməsi və bu penetrasiya artımına xüsusilə də könüllü növlərdə nail olmaq konkret prioritetimizdir. Bu gün “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə ölkəmizdə penetrasiya 100 faiz təmin olunub. Qürur hissi ilə bildirmək istəyirəm ki, bu nəticəyə görə Azərbaycan regionda liderdir. Hədəfimiz isə yerli sığorta bazarı üzrə yığımların ÜDM-dəki payının artırılmasından ibarətdir. Çünki sığorta sektoru maliyyə sisteminin əsas hərəkətverici lokomotivlərindəndir. Sektorumuzun əldə etdiyi və edəcəyi hər bir nailiyyət ölkəmizin maliyyə sisteminin dayanıqlı inkişafının sığortası və qarantıdır.

Növbəti dövr üzrə proqnozlarım isə nikbindir. Son 5 ilin sığorta icmalına və paralel olaraq cari ilin 5 aylıq nəticələrinə əsaslanaraq deyə bilərəm ki, bazar yığımları üzrə qeydə alınan artım dinamikası növbəti dövrdə də stabil olaraq davam edəcək. Təbii ki, burada bazar iştirakçılarının bugünkü aktiv fəaliyyətlərinin davamlılığı böyük rol oynayır. Hər bir halda sığorta yığımlarında ilin sonuna qədər kəskin resessiya gözlənilmir.

Sevindirici haldır ki, bu gün lokal sığorta bazarı qlobal trendləri araşdırır, uzlaşır və proqressiv addımlar atır. Hazırda ölkə sığortaçıları Azərbaycan Mərkəzi Bankının mütərəqqi nəzarətedici fəaliyyəti nəticəsində uğurla və inamla addımlayır. Bu gün Azərbaycanın sığorta sektoru yeni inkişaf mərhələsi fonunda dirçəliş dövrünü yaşayır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO