CƏMİYYƏT
Elmi Tədqiqat Pediatriya İnstitutunda tibb işçiləri üçün təlim keçirilib
Bakı, 17 iyul, AZƏRTAC
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təşkilatçılığı ilə Elmi Tədqiqat Pediatriya İnstitutunda tabelikdə olan tibb müəssisələrinin doğuşa yardım xidməti göstərən tibb işçiləri (ginekoloq, neonatoloq, mama və tibb bacıları) üçün “Neonatal xidmətin yaxşılaşdırılması üzrə işçi qrupu”nun fəaliyyət planına uyğun olaraq təlim keçirilib.
TƏBİB-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, təlim Amerikanın Kardioloji Assosiasiyası və Amerikanın Pediatrik Akademiyasının Neonatal Reanimasiya Proqramı (NRP) üzrə 2020-ci ildə təsdiqlənmiş əlavələri əhatə edib.
Tədbir təlimçiləri Nahidə Mahmudova, Elşad Şıxəliyev, Afət Ağayeva və Aydan Şahbazadə tərəfindən iştirakçılarla NRP kurs proqramına əsasən nəzəri biliklər və praktiki bacarıqlar paylaşılıb.
Sonda proqramı müvəffəqiyyətlə bitirən kurs iştirakçılarına sertifikatlar təqdim olunub.