ELM VƏ TƏHSİL


Elmi müəssisələrdə veteran şuralarının işi təkmilləşdiriləcək

Bakı, 12 fevral, AZƏRTAC 

Fevralın 12-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Birləşmiş Veteranlar Şurasının (BVŞ) növbəti iclası keçirilib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, iclasda şuranın sədri Eldar Quliyev veteranların sosial və hüquqi müdafiəsinin təmin edilməsinin “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tənzimləndiyini deyib. Diqqətə çatdırıb ki, 2019-cu ildə AMEA BVŞ tərəfindən əməyin stimullaşdırılması, ehtiyacı olan veteranlara yardım edilməsi, elmi müəssisələrdə veteran şuralarının işinin təkmilləşdirilməsi məqsədilə hazırlanmış tədbirlər planı icra olunacaq. Cari ildə 37 aztəminatlı veterana birdəfəlik müavinət ödəniləcək, 37 veteran tibbi sanatoriyalara göndəriləcək və digər tədbirlər həyata keçiriləcək.

İclasda, həmçinin Milli Azərbaycan Tarixi Muzeyinin, Şamaxı Astrofizika Rəsədxanasının, Neft-Kimya Prosesləri və Polimer Materialları institutlarının veteranlar şuralarının sədrləri təkliflərlə çıxış ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.